Əsas Səhifə > Ölkə, Manşet > “Bank Silk Vey”də vətəndaşla ortaq fırıldaq layihəsi

“Bank Silk Vey”də vətəndaşla ortaq fırıldaq layihəsi


23-07-2014, 11:49
“Bank Silk Vey”də vətəndaşla ortaq fırıldaq layihəsi
DİA.AZ: - “Bank Silk Vey” ASC ilə bağlı maraqlı məlumat daxil olub. DİA.AZ bildirir ki, bu barədə xəbəri qafqaznews.az agentliyi yayıb.
Daxil olan məlumata görə, Aydınova Ofelya Aydın qızı ev almaq üçün ipoteka krediti götürmək qərarına gəlir.Və qonşusu Əliyev Həmid İrşad oğlu bu işdə ona kömək edə biləcəyini bildirir.
Əliyev Həmid Ofelya xanıma bildirir ki,“Bank Silk Vey”-də Zaur adlı tanışı var,onun köməkliyi ilə kredit götürmək olar. Ancaq saxta sənəd düzəltmək lazımdır və üstəlik bankdakı şəxsə “şapka”verilməlidir.
Beləliklə sənədlərin saxtalaşdırılmasına başlayırlar. Onu da bildirək ki, Ofelya xanım 2012-ci ilin dekabr ayınadək “AZAL” şirkətində işləyib. Amma 2013-cü ilin mart ayında banka təqdim edilən saxta sənəddə guya Ofelya xanım “AZAL”da işlədiyi və aylıq əmək haqqı göstərilir. Əlbəttə bankın işçisinin də bu saxta əməliyyatdan xəbəri olur.
Beləliklə 2013-cü ilin mart ayında Ofelya xanım bankdan 40 min manat pul götürür və 7 min manat Həmidlə bank işçisi olan Zaura “şapka”verir. Və ipotek ilə ev alır.
2014-cü ilin mart ayınadək heç bir problem olmur, Ofelya xanımgil hər ay səliqə ilə gecikdirmədən bankın pulunu ödəyirlər.Təxminən 1 ildən sonra bankdan Ofelya xanıma zəng edirlər ki, bəs sizin sənədləriniz saxtadır, ona görə təcili evi satıb krediti bağlamalısınız.Yoxsa, sizinlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik.
İstər-istəməız ortaya sual çıxır: görəsən bank işçiləri sənədləri yoxlayanda saxta olduğunu bilmirdilər?
Əlbəttə, bilirdilər. Ancaq 7 min “şapka” almaq üçün saxtakarlığa gediblər. Bizə daxil olan məlumata görə, əslində bankda kadr dəyşikliyi olan kimi məsələ ortaya çıxıb.
Digər məlumata görə, bankdan saxta sənədlərlə ipoteka krediti alan təkcə Ofelya xanım deyil, digərləri də var. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

Geri qayıt