Əsas Səhifə > Ölkə, Manşet > Yasamal icra hakimiyyətinin adamları “Sovetiski”də qoçuluq edirlər
Yasamal icra hakimiyyətinin adamları “Sovetiski”də qoçuluq edirlər25-07-2014, 12:04 |
DİA.AZ: - Yasamal rayonunun “Sovetski” adlanan ərazisində söküntü işləri davam edir. Hər kvadrat metrinin 1500 manatdan verilməsi müqabilində evinin sökülməsini istəyən sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edir və məsələ bununla da həllini tapır. İndiyə qədər xeyli sakin müraciət edib və hətta pulunu alanlar da var. Sən demə pulu alandan sonra da problem yaranırmış. Belə problemlərdən biri ilə də Mirzağa Əilyev küçəsi ev 111-də yaşayan sakinlər qarşılaşıb. DİA.AZ xəbər verir ki, iyulun 23-də, günorta saatlarında özünü Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Aydın adlı şəxs, 61 saylı MİS-in rəisi və daha iki nəfər həmin həyətə gəlmiş, razılıq əsasında pullarını almış sakinlərdən biri ilə insident yaratmışdır. İcra Hakimiyyətinin nümayəndəsi Aydın müəllim həmin sakinə hədə-qorxu gəlmiş, digər sakinlərlə də yüksək tonla danışaraq demişdir ki, onun icazəsi olmadan heç kim aldığı pulu xərcləyə bilməz. Hətta Aydın müəllim bir qədər də yuxarıdan gedərək demişdir ki, pulları o, özü böləcək. Uzun mübahisələrdən sonra Aydın müəllim sözünün “mustafasın” demişdir. Sən demə, bir vaxtlar bu həyətdə yaşamış, 20 il əvvəl evinin bir hissəsini satmış, 10 ilə yaxın dünyasını dəyişmiş sakinlərdən birinin oğlu Aydın müəllimlə dil tapmış və sövdələşmişlər ki, satılan evin sahibinə hədə-qorxu gəlib aldığı puldan bir az qapazlamaq olar. O da “komandasını” başına yığıb həmin həyətə gəlmiş və mənzilinin razılıqla pulunu almış həmin sakinə hədə-qorxu gəlməyə başlamışdır. Aydın müəllimə Yasamal Rayon Məhkəməsinin bu mübahisə ilə əlaqədar qətnaməsi göstərilmiş və ona bildirilmişdir ki, həmin şəxsin iddiasını məhkəmə rədd edib. Bu zaman Aydın müıllim daha hikkəli-hikkəli danışaraq demişdir ki, mən məhkəmə-filan tanımıram. Mənzillərinizin pulunu qoyun ortaya və mən rəhmətliyə oradan pay ayırmalıyam. Məsələ getdikcə daha da qəlizləşmiş və Aydın müəllim daha da aqressivləşmiş, evin pulunu tələb etmişdir. Pulu alan sakin Sahib Cəfərov bu haqsızlığa dözməmiş, özündən getmiş və başı betona dəyərək yarılmışdır. Dərhal hadisə yerinə təcili yardım şağırılmışdır. Həkimlərin müdaxiləsindən sonra Sahib kişi özünə gəlmişdir. DİA.AZ bildirir ki, hadisəni kənardan seyr edən Aydın müəllim nəhayət həyətdən uzaqlaşmışdır. O gedəndə “Mən yenə də gələcəyəm” demişdir. Görəsən 20 il əvvəl evinin bir hissəsini satmış, 10 il əvvəl rəhmətə getmiş həmin rəhmətliyin qohumları Aydın müəllimə nə vəd ediblər ki, o da işini –gücünü buraxıb ozünə aid olmayan işlərə qoşulub. Hətta Yasamal Rayon Məhkəməsənin qətnaməsini də saya salmır. Hadisə zamanı 61 nömrəli MİS-in rəisi, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının qohumu da orada olub. Görəsən rəhmətliyin uşaqları ona nə vəd ediblər?. Sonradan hadisə yerinə 4 nəfər polis əməkdaşı gəlib. “Sovetski” ərazisində aparılan söküntü işlərinə rəhbərlik edən komissiyanın sədri, Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamovun bütün bunlardan xəbəri varmı? Elxan Kərimov Geri qayıt |