Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarını sərbəst buraxmışıq

ŞOK: Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarını sərbəst buraxmışıq


8-08-2014, 11:43
ŞOK: Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarını sərbəst buraxmışıq
DİA.AZ: - Məlum olduğu kimi, dünən 5 erməni diversantı Azərbaycana keçməyə cəhd göstərib. Müdafiyə Nazirliyinin rəsmi mətbuatında deyilir ki, düşmənin diversiya qrupunun 4 üzvü məhv edilib, 1 nəfər isə məlum olduğu kimi əsir götürülüb.

Amma düşmənin Azərbaycan ərazilərinə diversant axını hələ də davam etməkdədir. Bu barədə DİA.AZ-a hərbi mənbələrdən informasiya daxil olub.

Bilgili qaynağın dia-az.life-a bildirdiyinə görə, dünən Gürcüstan-Azərbaycan sərhəddini keçməyə çalışan daha 5 nəfərlik düşmən qrupu yaxalansa da, sonradan Azərbaycanın sərhəd xidmətinin əməkdaşları tərəfindən onlar Gürcüstan ərazisinə qaytarılıb.

Mənbəmiz iddia edir ki, həmin Azərbaycana keçməyə çalışan 5 nəfərlik erməninin üzərində Gürcüstan Respublikasının vətəndaşlıq pasportu olub və SX-nin sıravi əməkdaşları onları Gürcüstan vətəndaşı kimi qəbul etdiyindən, sərbəst buraxıb.

Mənbənin dia-az.life-a söylədikləri: «Lakin sonradan onların kimliyi barədə SX-yə kəşfiyyat məlumatı göndərilib. Amma gec idi. Artıq erməni qrupu sağ-salamat şəkildə Gürcüstan ərazisinə qaytarılmışdı. Yəqin buna görə sərhəd xidmətindən kimlərsə cəzalandırılacaq».

Mənbənin bildirdiyinə görə, təhlükəsizlik kameralarına düşən ermənilərin görüntüləri təftiş olunub və aydın olub ki, onlar Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları olublar.

Geri qayıt