Əsas Səhifə > Ölkə, Manşet > ABŞ-ın məşhur “Karnegi” Fondunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti yoxlanılır

ABŞ-ın məşhur “Karnegi” Fondunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti yoxlanılır


19-09-2014, 11:51
ABŞ-ın məşhur “Karnegi” Fondunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti yoxlanılır
DİA.AZ: - ABŞ-ın məşhur “Karnegi” Fondunun Azərbaycan nümayəndəliyində yoxlama var. Bu barədə DİA.AZ-ın elektron poçtuna daxilolan məlumatda deyilir.

Xəbərdə qeyd olunur ki, Karnegi Fondunun Azərbaycan nümayəndəliyi "KARNEGİ TREYNİNG KLUB" adında fəaliyət göstərir: “Azərbacan nümayəndəliyinin rəhbəri Nəcəf Allahverdiyevdir. İki gündür ki, Vergilər Nazirliyinin müfəttişləri və Korrupsiyaya qarşı mübarizə idarəsi Azərbaycan nümayəndəliyində yoxlamalara başlayıblar. Çox böyük yeyinti ittihamları ilə üzləşən Karnegi Fondunun Azərbaycan nümayəndəliyi ABŞ senatorlarına müraciət edib.

Karnegi Fondu ABŞ respublikaçılar partiyasının ən böyük fondlarından birisi sayılır. Karnegi Fondunu ABŞ sabiq prezidneti CORC W.BUŞ - şirktləri tərəfindən maliyyələşir. Karnegi Fondu barəsində Misir İnqilabının banisi də deyilir. Karnegi fondunun ən böyük ikinci ofisi Qətər dövlətində yerləşir. Ərəb ölkələrində hakimiyyətlərə qarşı sivin inqilabçıların hazırlanmasında böyük təcrübəyə malikdir.

Yəgin ki, hakimiyyət 2015 seçkilərinə kimi Karnegi Fondunun Azərbaycan nümayəndələyini ləğv etmək fikrindədir.

Azərbaycan nümayəndəliyinin rəhbəri Nəcəf Allahverdiyev İranda təhsil almışdır. İranda təhsil alan şəxsin ABŞ -Karnegi Fondu ilə hansı dəyərlər birləşdirir çox müammalıdır. Yoxsa İranla -ABŞ Azərbaycanda 2015 ci ildə nəsə yeni inqilab planları mövcuddur?

Karnegi Fondunun Azərbaycan nümayəndəliyinin bütün sənədləri yoxlanmaq üçün Korrupsiyaya qarşı mübarizə idarəsinə aparılmışdır. Nəcəf Allahverdiyev özü də dünən Korrupsiya İdarəsində 6 saat saxlanılmış və sonra müvəqqəti azad edilmişdir. Nəcəf Allahverdiyevə ölkədən çıxış qadağan edilmişdir”.

Geri qayıt