Əsas Səhifə > Ölkə, Manşet > Vəhabilərdən şok qərar: 4 min vəhabi Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşır
Vəhabilərdən şok qərar: 4 min vəhabi Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşır23-09-2014, 11:37 |
DİA.AZ: - «Vəhabilər Azərbaycandan birdəfəlik köç edə bilər». Bu iddia ilə çıxış edən mənbə DİA.AZ-ın elektron ünvanına yolladığı məlumatında bildirir ki, Azərbaycan ərazisindəki vəhabilərə qarşı ciddi təzyiqlər planlaşdırılır. «Həttə kütləvi həbslər belə gözlənilir» deyən mənbə dia-az.life-a yolladığı materialda vurğulayır ki, bu da vəhabiləri alternativ tədbirlərə əl atmağa vadar edib: «Onlar Azərbaycanı birdəəlik tərk edəcək. Bura nə Suriya deyil, nə də Əfqanıstan. Burada hansısa terrorçu birləşmənin əbədi məskunlaşması imkansızdır. Dövlətin sərt tədbirləri gözlənilir. Bunu vəhabilərin özləri də yaxşı bilirlər. Ona görə də son günlər nələrin baş verdiyindən baş çıxara bilməyərək, öz aralarında müzakirə aparırlar. Son müzakirələrində isə Azərbaycandan köçmək qərarını veriblər». Mənbə bildirir ki, vəhabilər Azərbaycandan Türkiyəyə və Suriyaya köçməyi planlaşdırırlar: «Onlar ailələrini daha çox Türkiyə ərazisində yerləşdirməyə maraqlıdırlar. Təxminən 4 min vəhabinin belə bir qərarı verdiyi güman olunur». Geri qayıt |