Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Əbülfəs Qarayevin Göygöldəki adamının ilginc kadr siyasəti

Əbülfəs Qarayevin Göygöldəki adamının ilginc kadr siyasəti


20-10-2014, 11:44
Əbülfəs Qarayevin Göygöldəki adamının ilginc kadr siyasəti
DİA.AZ: - Şikayətçi Şahin Məmmədov DİA.AZ-a Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovadan növbəti dəfə şikayət ünvanlayıb. Şikayəti olduğu kimi oxuculara təqdim edirik:
"Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova, Mirələm Həsənov adına Göygöl rayon Mədəniyyət Mərkəzinə texnki peşə məktəbində çilingər (tokar) ixtisası almış Qurbanov Ayaz Bülqədər oğlunu direktor təyin edib. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Göygöl Rayon İcra Hakimiyyəti Şərqiyyə Hümbətovadan izahat tələb etmirlər. Və ya Şərqiyyə Hümbətova bu faktı həmin orqanlardan gizlədir.
Ölkə Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizəyə dəstək olduğum üçün məni imtahanla keçdiyim işimdən azad edən Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla İş sektorunun əməkdaşları, əgər mümkünsə Şərqiyyə Hümbətovanı da cəzalandırın, ən azından töhmət verin. Necə oldu ki, 60000-dən artıq sakini olan Göygöl rayonunda ali təhsilli bir kadr yox idimi, rayon mədəniyyət mərkəzinə direktor təyin etməyə? Nəyə görə Şərqiyyə Hümbətova mədəniyyət mərkəzində olan digər ali təhsilli kadrları yox, məhz texniki təhsilli, çilingər (tokar) ixtisası olan birisini rayon mədəniyyət mərkəzinə direktor təyin etdi?
Bütün bu dediklərimi mətbuat vastəsilə nəzərinizə çatdırmaq məcburiyyətindəyəm. Çünki, Mədəniyyət və Turizm Nazirliyi mənim müraciətlərimə cavab vermir. Hətta Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə Baş Prokurorluğa ünvanladığım məktublar da, baxılması üçün nazirliyə göndərilsə də, 3 aydan artıq vaxt keçməsinə baxmayaraq hələ də mənə cavab gəlməyib. Açıq-açıq qeyd edirəm ki, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin 01 aprel 2013-cü il tarixli, 94 Saylı Əmrdən çıxarışında olan qiymətlər tamamilə artıqlaması ilə yazılmış qiymətlərdir. Yəni RAM-ı 2 olan "Casper" kompyuteri satışda 500 AZN olsa da (ƏDV ölkəmizdə 18%-dir, yəni ƏDV ilə birlikdə 590 AZN) həmin Əmrdən çıxarışda 1380 AZN yazılmasına baxmayaraq, Şərqiyyə Hümbətovaya heç xəbərdarlıq da edilmir. Şərqiyyə Hümbətova da cəzasız qalacağından əmin olduğu üçün, büdcəni talamaqla bağlı yeni-yeni üsullar "kəşf" edir".
Onuda bildirək ki, şikayətçi müraciətində daha dəhşətli faktları da açıqlayacağını qeyd edir...
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.

Geri qayıt