Əsas Səhifə > Ölkə, Manşet > Abbas Abbasova rəsmi Bakının könlünü bulandırması üçün özfəaliyyət imkanları tanınıb

Abbas Abbasova rəsmi Bakının könlünü bulandırması üçün özfəaliyyət imkanları tanınıb


21-10-2014, 12:36
Abbas Abbasova rəsmi Bakının könlünü bulandırması üçün özfəaliyyət imkanları tanınıb
DİA.AZ: - Rusiya ilə münasibətlərini qaydasına salmasına baxmayaraq, hələ də rəsmi Bakıya qarşı istifadə olunan ənənəvi fiqurlar Kremlin müxtəlif təxribat planlarında yer almaqdadır. Məsələn, neçə müddətdir ki, Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovla bağlı olduqca ilginc məlumatlar yerli KİB-lərimizdə yer alır. Hər halda, bütün bu yazılanların günü bu günəcən təkzib olunmaması, deyilənlərə ictimai inamı artırmaqdadır. Yəni, məsələn, Abbas Abbasov həqiqətən də Ramazan Abdullatipovla əl-ələ verərək, Dərbənddə yaşayan soydaşlarımızı sıxışdırmaqla məşğuldur.

Onu da bildirək ki, bu yazılanlara bir neçə gün əvvəl Abbas Abbasovun deputat oğlu Aydın Abbasov gülərək cavab vermişdi. Yəni «Rusiya ilə Azərbaycanın münasibətlərinin hansı səviyyədə olduğunu görmürsünüzmü» sualını verməsiylə millət vəkili əgər bir yandan «Rusiya ilə problem yoxdursa, atam nədən Azərbaycana qarşı işləsin ki» iddiasına eyham edirdisə, digər yandan da atasının həqiqətən də Rusiyaya bağlı birisi olduğunu təsdiqləmiş olurdu.

Əslində belə bir təsdiqə əlavə ehtiyac yoxdur. Hər halda, Abbas Abbasovu fərqli bir xarakterdə Rusiyada bir gün də saxlamazdılar. Amma bu gün Azərbaycan baş nazirinin sabiq müavini nəinki Rusiyada möhkəmlənib, hətta Azərbaycana qarşı sözün əsl mənasında bir silah kimi istifadə olunmaqdadır.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, Abbas Abbasovun və ümumiyyətlə, son prezident seçkiləri ərəfəsində Rusiyadakı Azərbaycan diasporasını parçalayan digər Rusiya azərbaycanlılarının günü bu gün də «tətikdə tutulması» Kremlin rəsmi Bakıya daima nəzarət imkanlarına malik olma niyyətinin təzahürüdür.

Mənbənin dia-az.life-a söylədikləri: «Rusiya Azərbaycanla yaxşı münasibətlərdə olsa da, yenə də təzyiq rıçaqlarından birdəfəlik imtina etmir. Bu, hər zaman belə olub. Ona görə də Abbas Abbasova rəsmi Bakının könlünü bulandırması üçün özfəaliyyət imkanları tanınıb».


Geri qayıt