Əsas Səhifə > Ölkə, Manşet > Kərəm Həsənovun yola salınmasına hesablanmış təftiş qərarı verilib

Kərəm Həsənovun yola salınmasına hesablanmış təftiş qərarı verilib


24-10-2014, 13:18
Kərəm Həsənovun yola salınmasına hesablanmış təftiş qərarı verilib
DİA.AZ: - Dünən özünün kollegiya iclasını keçirən Hesablama Palatasının orta ranqlı məmurların qara kabusuna çevrilməsi faktdır. Hər halda, dövlətin kifayət qədər səlahiyyət verdiyi bu qurum olduqca ciddi nöqsanların ortaya çıxmasında müstəsna rol oynayıb və bunu kimsə inkar edə bilməz.

DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqdan ötürülən informasiyada qeyd olunur ki, Hesablama Palatası nın gələn aya nəzərdə tutulan fəaliyyət proqramında ciddi dəyişikliklərə hesablanmış addımlar yer almaqdadır.

Mənbənin dia-az.life-a söylədikləri: «Konkret olaraq iki dövlət komitəsinin - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyətinin aaşdırılması üçün Hesablama Palatasına «yuxarılardan» müvafiq göstəriş verilib».

Mənbə iddia edir ki, konkret olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun bu qərarla nəzərdə tutulan yoxlamaların ardından vəzifədən alınması mümkündür: «Çünki buna qədər də bir sıra ciddi ittihamların hədəfi olan Kərəm Həsənovla bağlı təftiş qərarı çıxarılsa da, son anda bundan imtina olunmuşdu. Bu dəfə isə qərar verilib. Və vəziyyət Kərəm Həsənovun əleyhinə işləməkdədir».

Mənbəmiz onu da bildirdi ki, Torpaq Komitəsinin sədri Qərib Məmmədovun da bu arada Hesablama Palatasının hədəfinə çevrilməsi təsadüfi deyil: «Maraqlıdır ki, hər iki komitə sədri uzun müddətdir ki, konfliktdədirlər… İndi də görünəni odur ki, «yuxarılar» ədavətdə olan tərəflərin hər ikisini cəzalandırmağı qəsd edib».

Geri qayıt