Əsas Səhifə > Ölkə, Manşet > Daha bir dövlət qurumunda işçi üsyanı gözlənilir - "AZAL" kimi gəlirli ünvanda maaş problemi

Daha bir dövlət qurumunda işçi üsyanı gözlənilir - "AZAL" kimi gəlirli ünvanda maaş problemi


30-10-2014, 12:20
Daha bir dövlət qurumunda işçi üsyanı gözlənilir - "AZAL" kimi gəlirli ünvanda maaş problemi
Son zamanlar dövlət qurumlarında ya ixtisarlar olur, ya da işçilərin hüquqları pozulur. Belə ki, redaksiyamıza daxil olan məlumata görə AZAL Dövlət Konsernində çalışan yüzlərlə işçi maaşsız qalıb. Bizə edilən şikayətə görə, işçilər bu ayın maaşını gələn ay alırlar. Lakin heç bir işçi işini itirməmək üçün səsini çıxarmır. Ona görə də, artıq uzun müddətdir ki, AZAL işçilərin haqqlarını tələb etməməsindən istifadə edərək maaşları gecikdirməkdə davam edir.

Deyilənə görə, rəhbərlikdə təmsil olunan şəxslər maaşı gecikdirərək özlərinə yaxın banklarda dövriyyəyə buraxırlar. Buradan belə nəticə çıxarmaq olar ki, AZAL rəhbərliyində təmsil olunan şəxslər işçilərin əmək haqqını gecikdirərək öz maraqları üçün istifadə edirlər. Bu isə qanunverilikdə yolverilməzdir.

Təzyiqlərdən çəkinərək adının çəkilməsini istəməyən işçilər deyir ki, artıq maaşların gecikdirilməsi adət halını alıb: "Son zamanlar maaşlar tez-tez gecikdirilir. Lakin oktyabr ayı qurtarsa da biz hələ heç sentyabr ayının da maaşını ala bilməmişik".

AZAL-ın narazı işçiləri deyir ki, sonuncu dəfə də maaşlar iki aya yaxın gecikdirilmişdi. O zaman işçilərin etirazından və məsələ ilə bağlı mətbuatda məlumatlar yer alandan sonra problem aradan qaldırıldı.

"Onsuzda az maaş alırıq. Bunu isə vaxtında vermirlər.İş vaxtları artırılır. İşçilərin sayı da çoxalır" - deyə maaşlarını ala bilməyən işçilər bildirdi.

Qeyd edək ki, məsələyə aydınlıq gətirmək üçün AZAL-ın əlaqə nömrəsi 598-88-80 ilə gün ərzində bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, Məhərrəm Səfərlinin yerində olmadığını bildirdilər.
\\ gundelik-baki \\
Geri qayıt