Əsas Səhifə > Ölkə, Manşet > ŞOK TARİX: Çeçen və inquş xalqını birdəfəlik olaraq məhv olmadan 4 azərbaycanlı xilas edib
ŞOK TARİX: Çeçen və inquş xalqını birdəfəlik olaraq məhv olmadan 4 azərbaycanlı xilas edib4-12-2014, 11:27 |
DİA.AZ: - Müstəqil çeçen dövlətinin qurucuu və ilk prezidenti Cövhər Dudayevin həyat yoldaşı Alla Dudayevanın qələmə aldığı «Million birinci» kitabı olduqca ilginc faktlarla zəngindir. Elə DİA.AZ olaraq bizim diqqətimizi də həmin kitabda tarixdən gətirilən və bu günə qədər Azərbaycanda, həm də elə keçmiş SSRİ məkanında yetərincə işıqlandırılmayan bir fat oldu. Söhbət 4 azərbaycanlının təkcə çeçenlərin yox, bütünlükdə olaraq çeçen və inquşların - vaynaxların bir millət olaraq xilas olmasından gedir. dia-az.life olaraq həmin kitabdan qeyd olunan olayla bağlı sitatları təqdim edirik: «…1944-cü ilin əvvəlində bir neçə müsəlman ölkəsinin xüsusi xidmət orqanları sovet Rusiyasından məxfi məlumat əldə edirlər və öyrənirlər ki, çeçen və inquşlar məskunlaşdıqları torpaqlardan sürgün olunacaqlar. Xəbərə görə, çeçen və inquşlar ticarət qatarlarında Bakıya gətirilməli, sonra da köhnə bərələrə doldurularaq Xəzər dənizi ilə Krasnovodsk (Türkmənbaşı) şəhərinə sürgün olunmalı idi. Bu köçürülmə zamanı sovet aviasiyasına aid, amma tanınma nişanı olmayan təyyarələrlə bərələrin bombalanması da planlaşdırılırdı və bu hücumun da almanların üzərinə atılması nəzərdə tutulurdu. Sağ qalan digər çeçen və inquşların isə kəskin iqlimə malik Krasnovodskda dözülməz həyat şəraiti ilə yer üzündən silinməsi planlaşdırılırdı. Belə bir məxfi əməliyyatı aldıqdan sonra müsəlman ölkələrinin xüsusi xidmət orqanları öz 4 azərbaycanlı əməkdaşlarına Çeçenistana getmək tapşırığını verir. Azərbaycanlıların missiyası Stalin başda olmaqla kommunistlərin çeçen və inquş xalqına yaşadacağı faciə ilə bağlı məlumat vermək olub. 4 azərbaycanlı Çeçenistana gəlir. Yaşlı insanlarla, alimlərlə görüşürlər. Onlar çeçen və inquşlara qarşı növbəti vuə həlleidixi genosid mərhələsi ilə bağlı məlumat verirlər. Əksəriyyət buna inanmaq istəmir. İnana bilmirlər ki, bütün xalqı köçürərlər və yolda son nəfərinə qədər məhv edələr. Azərbaycanlılar nəzərə çarpırlar. Onlar barəsində məlumatlar yayılır. «NKVD» əməkdaşları onlarla maraqlanmağa başlayır. Onların arxasınca izləmə təmin edilir. Nəhayət 4 azərbaycanlının hamısı həbs olunur. Qapalı məhkəmədə onlar mühakimə olunur. Onları ilk əvvəl Karlaqdakı siyasi məhbuslar üçün düşərgəyə yollayırlar, oradan da Balxaşa etap edirlər. Onlardan biri türmədəcə ölür. Deyilənə görə, digər 3 azərbaycanlı Stalinin ölümündən sonra Azərbaycana qayıda bilib. Həqiqətən də Stalinin belə bir planı olub. Bu barədə çeçen və inquşlar arasında da məlumatlar yayılıb. Və çox güman məhz həmin 4 azərbaycanlı çeçen və inquş xalqını birdəfəlik məhv olmaqdan xilas ediblər. Nəyin necə olmasından asılı olmayaraq, çeçenlər və inquşlar həmin azərbaycanlıları xatırlamalı, onlara minnətdar olmalıdırlar»… DİA.AZ bildirir ki, kifayət qədər maraqlı olan bu fakt hər birimiz üçün qürurverici hesab oluna bilər. Geri qayıt |