Əsas Səhifə > Ölkə, Manşet > «KapitalBank»ın bir neçə filial rəhbərinə qarşı sələmçilik ittihamı var

«KapitalBank»ın bir neçə filial rəhbərinə qarşı sələmçilik ittihamı var


5-12-2014, 12:47
«KapitalBank»ın bir neçə filial rəhbərinə qarşı sələmçilik ittihamı var
DİA.AZ: - «KapitalBank»da ciddi təftiş gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, bir müddət əvvəl Mərkəzi Bankdan «KapitalBank»ın rəhbərliyinə ciddi faktlara söykənən iradlar ünvanlanıb və bu iradlar üzrə bank rəhbərliyindən tədbirlərin görülməsi tələb olunub.

Mənbənin dia-az.life-a söylədikləri: «Aydın olur ki, Mərkəzi Bankın iradlarında «KapitalBank»a aid bir neçə filial rəhbərinə qarşı konkret ittihamlar yer alıb. Belə ki, sözügedən bankın Ağsu, Şirvan, Gəncə və daha bir neçə rayondakı filialının rəhbərinin bankirlikdən əlavə banka aid pulu sələm formasında qeyri-rəsmi olaraq dövriyyəyə buraxdığı və bu zaman böyük saxtakarlıqlara imza atdıqları müəyyənləşib.

Hələlik bu faktlar üzərə heç bir hüquqi araşdırmalar aparılmasa da, ilkin addım olaraq «KapitalBank»ın rəhbərliyi bilgiləndirilib».

Mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, bununla əlaqədar olaraq «KapitalBank»ın idarə heyətinin sədri Rövşən Allahverdiyev bankın mərkəzi aparatında da təftiş qərarı verib: «Hələlik bu qərar üzrə hansısa konkret addım atılmayıb. Amma köhnədən qalan kadrların bəzilərindən ciddi şübhələr var və əgər dəlillər əldə olunarsa, bank rəhbərliyi könüllü şəkildə öz əməkdaşları ilə bağlı materialları hüquq-mühafizə orqanlarına təhvil verə bilər».

Bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir. Əlavə bilgilər veriləcək…

Geri qayıt