Əsas Səhifə > Ölkə, Manşet > Beynəlxalq Bankın Ucardakı filial müdiri həbs olunmamaq üçün yeni taktika seçib

Beynəlxalq Bankın Ucardakı filial müdiri həbs olunmamaq üçün yeni taktika seçib


19-12-2014, 10:24
Beynəlxalq Bankın Ucardakı filial müdiri həbs olunmamaq üçün yeni taktika seçib
DİA.AZ: - Ucar rayonu Bağman kəndi sakini şəhid ailəsi Kərimova Gülabatın Müseyib qızı şikayət ərizəsi ilə DİA.AZ-a müraciət edib. Həmin müraciəti diqqətinizə təqdim edirik:

“Azərbaycan Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Mustafayevin mənim pensiya kartımdan 1400 manat pulumu dələduzluq yolu ilə çıxarması faktı artıq təsdiqini tapmaqdadır. Bu barədə bir neçə gün əvvəl mətbuat vasitəsi ilə etdiyim müraciətimə cavab olaraq Beynəlxalq Bankın mətbuat xidmətindən verilən açıqlamada qeyd edildi ki, vətəndaş buna görə hüquq mühafizə orqanına müraciət etsin və ona məxsus pensiyanın bankomatdan çıxaran şəxsin kameralarla çəkilmiş şəkilləri həmin orqana təqdim edəcəyik.

Mən Ucar Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edtim. Şikayətimi Ucar RPŞ-nın müstəntiqi Rövşən Mirəliyev araşdırır.Ancaq ABB-nin Ucar filialının müdiri Tariyel Mustafayev cinayətin izini itirmək üçün mənim köhnə bankomat kartımı müstəntiqə təqdim etmir və kartın mənə verdiyini yalandan deyir. Bu adamın dələduzluqla mənə məxsus 1400 manat pensiya pulumu mənimsəməsini bilirdim və buna görədə mətbuat vasitəsi ilə müraciət edib qanunu tədbirlər görülməsini xahiş etmişdim. Tariyel Mustafaye öz dələduz əməlləri ilə məni də, Beynəlxalq Bankın rəhbərliyinidə aldatmışdır. O,özünü alicənab adam kimi aparıb şəhid ailəsinə məxsus pulu mənimsəyib, indi də utanmadan, çəkinmədən yalan məlumatlar verməklə hamını aldadır. Bu boyda haqsızlıq olmaz, artıq, 2 aydır ki, bizi süründürməçiliyə məruz qoyub. Hələ bu adam Ucar bələdiyyəsinə seçilmək üçün namizədliyinidə verib.

Qeyd edim ki, həyat yoldaşım 20 Aprel 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Buna görə şəhid ailəsi olduğumuz üçün hər ay bizə qanunda nəzərdə tutulmuş qaydada 200 manat müavinət verilir. Həmin müavinəti Ucar rayonunun mərkəzində yerləşən Beynəlxalq Bankın Ucar filialından bankomatdan götürürdüm. Bu ilin May ayı tarixindən müavinətimi götürmədim ki, yığılsın ilin sonunda götürüb oğluma toy edərəm.Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb, buna görə bankomat kartları dəyişdirilir , mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı.

23 Noyabr 2014- cü il tarixdə çağırıb mənə yeni kart verdi.Kartı bankomata salıb yoxladıqda məlum oldu ki. may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər. Həmçinin yoxlayanda o da məlum oldu ki, həmin kartdır, heç bir kod dəyişikliyi olmayıb. Beynəlxalq Bankın Ucar filalının müdiri Tariyel Niftəliyev bildirdi ki, biz pul götürməmişik, həttda utanmadan həyasızcasına qışqırdıda. Mətbuat vasitəsi ilə bu ayın əvvəlində müraciətim getdikdən sonra məsələyə öz münasibətini bildirən Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri öz əməkdaşının dələduz əməlinə haqq qazandırırdı.İndi buyurub bankomatdan pulumu çıxaranın foto robotla çəkilmiş şəkllərini və Tariyel Mustafayevdə olan köhnə kartımı şikayəti araşdıran polis müstəntiqinə təqdim etsinlər.

Mən bu barədə həmçinin Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya , Baş Prokuror cənab Zakir Qaralova , Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki. bu cinayət faktı obyektiv araşdırılıb qanunu tədbir görüləcək. Beynəlxalq Bankın Ucar filialının müdirinin bu hərəkətləri bizim ailəni çox sarsıtdı. Çünki biz boğazımızdan kəsib bu pulu toplamışdıq ki. şəhidin yeganə övladına toy edim ki, xoşbəxt olsun.

Ancaq Tariyel Niftəliyevin fırıldaq əməli bizim ailənin arzusunu gözündə qoydu. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə , Mehriban xanım Əliyevaya, Baş Prokurora, Korrupsiyaya Qrşı Mübarizə İdarəsinin rəisinə və digər aidiyatı orqan rəhbərlərinə müraciət edib xahiş edirəm bu cinayət faktını obyektiv araşdırıb ciddi tədbirlər görəsiniz.Şəhid ruhuna hörmətsizlik edən cinayətkarlar ən ağır cəza ilə cəzalandırılmalıdır”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt