Əsas Səhifə > Ölkə, Manşet > Daha bir prestijli şirkətə qarşı fırıldaq ittihamı səsləndi

Daha bir prestijli şirkətə qarşı fırıldaq ittihamı səsləndi


27-12-2014, 16:21
Daha bir prestijli şirkətə qarşı fırıldaq ittihamı səsləndi
Bakı sakini Araz Məmmədov qafqaznews.org saytına müraciət edib: “ 18 dekabr 2014-cü ildə “Mobitel” şirkətindən mobil telefon aldım.Lakin bir neçə gün sonra telefonun nasaz olduğunu biləndə mağazaya müraciət edərək telefonu dəyişdirməyi, ya da pulumu geri qaytarmağı xahiş elədim. Mağazanın rəhbərliyi məni servis xidməti göstərən “MTSERVİCES” MMC-yə göndərdi. Və əvvəlki telefonu yenisi ilə əvəzlədilər”.
Müxbirimizin “Bəs nədən narazısınız?” sualına Araz Məmmədov belə cavab verib: “ Mənə mesaj gəldi ki, aldığım telefonu “Mobitel”də qeydiyyatdan keçirməlisən. Mən “MTSERVICES”-in alış vaxtı mənə verdiyi qəbzdəki telefona zəng elədim. Dəstəyi şirkətin Nuranə adlı ( soyadını demədi ) əməkdaşı götürdü. Mən aldığım mesaj barədə ona dedim. Və soruşdum ki, deməli, şirkət mənə qeydiyyatsız telefon satıb? Nuranə isə dedi ki, narahat olmayın şirkətə gəlin və 5 manat verib telefonu qeydiyyata aldırın. Mən isə “Nə üçün 5 manat verməliyəm?” soruşanda şirkətin əməkdaşı “Çünki sizə yeni telefon verilib” cavabını verdi.
Mən isə iradımı bildirdim ki: “ Mən telefon alanda qeydiyyat ilə birgə 180 manat ödəmişəm. Mən telefonu dəyişəndə qeydiyyat haqqı mənə qaytarılmayıb. Nə üçün təkrar pul ödəməliyəm?”.
Nuranə isə bildirdi ki, narahat olmayın, siz pulu şirkətə ödəməyəcəksiniz.
Mənim üçün nə fərqi? Mən qeydiyyat haqqını sizin şirkətə ödəmişəm. Nə üçün təkrar ödəməliyəm?” soruşanda Nuranə şirkətin Aslan adlı ( soyadını söyləmədi ) şöbə müdirinə zəng etməyi məsləhət bildi”.
Araz Məmmədov bizə bildirdi ki, dəfələrlə zəng eləsəm də Aslana zəng çatmadı.
Obyektivliyi qorumaq üçün biz Araz Məmmədovdan sübutlar istədik. O, isə yuxarıda qeyd olunan qəbzi, şirkətin əməkdaşı ilə telefon danışığının diktofondakı yazısını və Aslanın telefonunu bizə təqdim elədi.
Biz də dəfələrlə Aslanla danışmağa cəhd eləsək də alınmadı.

Geri qayıt