Əsas Səhifə > Ölkə, Manşet > Nazir oğlunun siyasi arenada ilginc yerini möhkəmləndirmə planı

Nazir oğlunun siyasi arenada ilginc yerini möhkəmləndirmə planı


19-01-2015, 12:08
Nazir oğlunun siyasi arenada ilginc yerini möhkəmləndirmə planı
Nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovu deputat görmək istəyir. Bu barədə Hakimiyyətdəki mənbələrdən istiqlal.az-a daxil olan məlumata görə, Ziya Məmmədov bütün resurslarını işə salaraq 2015-ci ilin parlament seçkilərində mandat qazanmasına çalışacaq. Artıq Anar Məmmədovun hansı dairədə namizəd olacağı da müəyyən edilib.

Mənbənin məlumatına görə, nazir oğlu 89 saylı Göyçay-Ağdaş dairəsindən namizəd olacaq. Məlumat üçün deyək ki, hazırda bu dairənin deputatı İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevdir. Məlumatda iddia olunur ki, bu dəfəki seçkidə Şəmsəddin Hacıyevin 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən hətta namizədliyini irəli sürməsinə imkan verilməyə bilər. Həmçinin iddialara görə, deputatın rektor postundan alınmasında da Ziya Məmmədovun böyük rolu olub. Nəqliyyat naziri ilə Şəmsəddin Hacıyev arasında hansı ziddiyyətlərin olması barədə bilgimiz yoxdur. Aydın olan odur ki, Ziya Məmmədov keçmiş rektoru bitirmək istəyir.
Məlumatda o da qeyd olunur ki, mediada Anar Məmmədovla bağlı məlumatlara həssaslıq da bundan qaynaqlanır. Qeyd edək ki, əvvəllər mediada barəsində yazılanlara əhəmiyyət verən Anar Məmmədov son vaxtlar haqqında dərc olunan məlumatlara operativ reaksiya verir. Bildirilir ki, Ziya Məmmədov yaxın çevrəsinə bu məsələni daim diqqətdə saxlamağı tapşırıb. Bundan əlavə artıq Ziya Məmmədovun da nəzarətində media var. Həmin media qurumlarında Anar Məmmədov haqqında yazılanlara dərhal cavab yazıları dərc olunması müşahidə olunur.

Lakin bütün bunlara rəğmən Anar Məmmədovu Milli Məclisdə əyləşdirmək o qədər də asan deyil. Çünki Anar Məmmədov bir sıra qalmaqallarla yadda qalıb. "Ayı qalmaqal"ı yəqin ki, hər kəsin yadındadır. Bundan əlavə Türkiyənin nüzulu nəşrlərindən olan "Hüriyyət" qəzeti nazir ğlunun adını qətldə hallandırırdı. Güman ki, Anar Məmmədov parlament seçkilərinə qatılacağı təqdirdə bu məsələlər yenidən gündəmə gətiriləcək.

Geri qayıt