Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Miqrasiya Xidməti əcnəbilərlə işləyən sahibkarların qəniminə çevrilib

Miqrasiya Xidməti əcnəbilərlə işləyən sahibkarların qəniminə çevrilib


26-01-2015, 10:45
Miqrasiya Xidməti əcnəbilərlə işləyən sahibkarların qəniminə çevrilib
Son vaxtlar Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində baş verən neqativ hallarla bağlı yazdığımız araşdırma yazıları şəxsi istəkdən, yaxud kim(lər)əsə mənfi münasibətdən irəli gəlmir. Məqsədimiz dövlətimizin imicini qorumaq və qanunların aliliyinin təmin olunmasına yardımçı olmaqdır.
Ona görə də, redaksiyamıza daxil olan müraciətləri vaxtında müvafiq qurumların nəzərinə çatdırırıq ki, dövlətimiz üçün vacib olan layihələrdə problem yaranmasın.
Belə çox vacib müraciətlərdən biri Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Firudin Nəbiyevə ünvanlanıb.
Müraciəti olduğu kimi dərc edirik:
“Hörmətli Firudin məllim!
“Pano ASC” şirkəti Azərbaycan Respublikasında Bakı şəhəri üzrə inşaat və fasad tikintisi üzrə layihələr sahəsində fəaliyyət göstərir. Son bir ildə Azərbaycan Respublikasında Olimpiya oyunlarına hazırlıq görülür və bunun üçün həyata keçirməyə planlaşdırılan layihələr xüsusi texnologiya ilə işlənməsini tələb edir. Bu layihələrin reallaşdırılması üçün kadr potensialının düzgün formalaşması əsas şərtlərdəndir. Və bu səbəbdən “Pano ASC” şirkəti əcnəbi mütəxəssisləri ölkəmizə dəvət etmək istəyib.
Lakin 28.12.2014-cü il tarixində Türkiyə vətəndaşları İstikam Emre, Beygirci Yasin və Atilla Sezi Heydər Əliyev Hava Limanında saxlanılıb və onlara ölkəyə girişin qadağan olduqlarını bildirmişdirlər. Qeyd etmək istəyirik ki, həmin vətəndaşlar “Ekom” şirkətində çalışıblar. Fərdi icazələri və müvəqqəti qeydiyyatları olub.

“Ekom” şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə fərdi icazələri üçün xitam verilməsi barədə ünvanlanan məktubun cavabı verilənədək Türkiyə vətəndaşları Bakı şəhəri Regional Miqrasiya İdarəsinə dəvət olunaraq, çıxış qərarı verilir. Təəsüflər olsun ki, əcnəbi vətəndaşlar çıxış-giriş edərək saxlanılmışdırlar. Və onların ölkəmizə girişinin qadağan olduqlarını bildirmişdirlər.
Nəzərinizə çatdırmaq istəyirik ki, “Pano ASC” şirkəti yeni layihələr üzərində çalışır. Bunlardan biri də, Olimpiya oyunları üçün tikilən obyektlərin fasad işlərinin tamamlanması kimi çox vacib layihədir. Və bütün obyektlər qısa müddətdə təhvil verilməlidir. Beynəlxalq standartlara cavab verməli olan obyektlərin təhvil-təslimi üçün peşəkar mütəxəssisləri cəlb etmək istəyirik. Və cənab İstikam Emrenin — texniki işlər üzrə rəhbər, Beygirci Yasinin — layihə üzrə sahə rəisi, Sezi Atillanın- layihə üzrə mühəndis vəzifələrində iştirakları çox vacibdir. Məlumat veririk ki, “Pano ASC” şirkətində çalışan işçi qüvvəsini yerli kadrlar təşkil edir.
Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, hər 3 əcnəbi mütəxəssisin, Azərbaycan Respublikasına girişlərinə qadağa olunmasının ləğv edilməsi üçün kömək etməyinizi Sizdən xahiş edirik.
Ümid edirik ki, qeyd etdiklərimizi və dövlətimizin maraqlarını nəzərə alacaqsınız. Əvvəlcədən öz minnətdarlığımızı bildiririk.
Hörmətlə,
“Pano ASC”-nin baş direktoru Tural Qurbanov
05.01.2015”


Miqrasiya Xidməti əcnəbilərlə işləyən sahibkarların qəniminə çevrilib
Geri qayıt