Əsas Səhifə > Ölkə, Manşet > Arzu Rəhimovun daha bir adamı hədəfə çevrilib
Arzu Rəhimovun daha bir adamı hədəfə çevrilib4-02-2015, 16:17 |
Qəzetimizin ötən sayında dərc etdiyimiz məqalədə qeyd etdiyimiz kimi,son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarələrində baş alıb gedən maxinasiyalar, qol qoyulan qanunsuzluqlar və.s, kimi məlumatlar daha çox gündəmi zəbt etməkdədir. Düzdür, həqiqət naminə qeyd edək ki, bir müddət bundan əvvəl müdafiə naziri vəzifəsinə cənab Zakir Həsənovun təyin olunması, ölkənin hərbi strukturunda əsaslı dəyişikliklərin əsasını qoydu. Daha çox diqqəti cəlb edən an o oldu ki, bir neçə hərbi hissənin, ayrı-ayrı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarələrinin və.s rəhbərləri daşıdıqları vəzifələri ilə vidalaşdılar, bəziləri isə məsuliyyətə cəlb olundular. Bir çoxuna isə, rəhbərlik tərəfindən ciddi tapşırıqlar da verildi.Atılmış addımlara baxmayaraq, bu gün də bəzi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarələrinin iş fəaliyyətində ciddi nöqsanların olması barədə, redaksiyamıza silsilə məlumatlar daxil olmaqdadır. Bu sırada adı daha çox hallanan Tovuz rayon idarəsi və onun rəhbərliyində duran cənab Rasim Şirinovun qanunsuzluğa söykənən əməlləridir.Redaksiyamızı məlumatlandıran mənbə onu qeyd edir ki, o, hələ Zəngilan rayonunda işləyərkən Əlağa Hüseynovun qəzəbinə tuş gəlir. Buna səbəb, onun saxta hərbi bilet satması olmuşdu ki, bu addımı da, Rasim Şirinovun daha mühüm vəzifələrə təyin olunması ehtimalını minimuma endirir. Az sonra hərbi rütbəsi kiçildilən Rasim Şirinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin, Saatlı rayon idarəsində daha aşağı vəzifəyə təyin olunur. Amma, onun bir çox tellərlə Aslan Aslanova bağlı olması, çox keçmir ki, öz bəhrəsini verir. Yəni, həmin vaxt müdafiə naziri vəzifəsini daşıyan Səfər Əbiyevin Aslan Aslanovla kirvəlik əlaqəsinin olması və bu əlaqədən Rasim Şirinovun ustalıqla yararlanması, onun sonrakı vəzifə təyinatında, həm də dönüş nöqtəsinin əsasını qoyur. Yəni o, çox keçmir ki, Aslan Aslanovun birbaşa köməkliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsi, Xaçmaz rayon idarəsinə rəis təyin olunur. Bir müddət Xaçmazda işlədikdən sonra o, yenidən Tovuz rayonuna təyinat ala bilir. Məlumatlı mənbə onu da bildirir ki, onun Tovuz rayonuna təyin olunmasında Şəmkir rayon idarəsinin sabiq rəisi cənab Həsrət müəllimin müstəsna xidməti olur.Tovuz rayonundakı idarəçiliyi haqda məlumatları redaksiyamıza çatdıran mənbə onu da vurğulayır ki, bu gün Rasim Şirinov rəhbərlik etdiyi qurumda kapitan Abbasovla əlbir olaraq, bütün rıçaqları öz əlində cəmləşdirib. Əldə etdiyimiz məlumatlara görə o, Saatlıda da kapitan Abbasovla birlikdə işləyib və bu gün də birlikdə işləməyə qərar verib. Əslində belə bir iş birliyi nəinki Saatlı rayonunda, hətta Tovuz rayonunda da bu gün, saysız-hesabsız maxinasiyalara qol qoymağa imkanlar açır.Mənbə onu da qeyd edir ki, Tovuz rayon idarəsində gözəgəlimli bir xanımın işləməsi və həmin xanımla Rasim Şirinovun «sıcaq» münasibətinin olması da, bu gün əksəriyyətin müzakirə etdiyi mövzulardandır. Olay haqda bir qədər araşdırma apardıqda o da bəlli olur ki, sən demə cənab Şirinovun həmin xanımla bağlılığının dərin telləri var imiş. Elə bu bağlılığın nəticəsi o olub ki, bu günədək həmin xanımın şərəfinə Şirinov bir neçə dəfə ziyafətlər təşkil etdirmiş, düzənlənən ey-işrətlərdə isə o, əsas iştirakçı olmuşdur. Elə ki, həmin xanım bir müddət bundan əvvəl ailə həyatı qurur və Rasim Şirinovdan uzaq düşür, bu zaman belə bir halın varlığı cənab idarə rəisinə olduqca pis təsir edir. Həmin xanımın ailə həyatı qurması kimə pis təsir etsə də, amma onun özünə düşərli olur. Çünki, idarədə adı gedən, bankomat kartı cibində olan xanım, bu gün də heç bir əziyyət-filan çəkmədən rahatlıqla əmək haqqını ala bilir. Təəssüf doğuran hal o olur ki, düzənlənən məclislərdə geninə-boluna spirtli içki içən və özünü idarə etməyi bacarmayan cənab Şirinov, belə bir addımları ilə dillər əzbərinə də çevrilir. Hətta, əldə etdiyimiz məlumatlara görə, o, bir müddət bundan əvvəl düzənlənən məclislərin birində o qədər yeyib içir ki, rayon ərazisindəki parkların birində yediklərini qusmağa məcbur olur. Ərazidən keçən rayon sakinləri cənab Şirinovun durumunu görüb, hətta qəhqəhə də çəkib gülüşürlər. Belə bir halın varlığı da, yəqin ki, hərbi strukturumuzun müəyyən sahəsinə rəhbərlik edənlərə qarşı, bəslənilən hörmətsizlikdən başqa bir şey deyil. Diqqəti cəlb edən digər hal da odur ki, o, Tovuz rayonuna təyinat aldığı ilk gündən, özünün təsdiq etdiyi «konstitusiya» qanunları ilə idarəçiliyini həyata keçirməyə başlayıb. Məsələn, hansısa bir çağrışçı bir il möhlət hüququ əldə etmək istəyərsə min, iki illik iki min, üç illik isə üç min manat dəyərində «haqq-hesab» ödəməlidir. Rasim Şirinov üçün istənilən çağırışçını «komsavat» etmək su içimi kimi bir şeydir, təki həmin şəxsin «əli» cibində olsun. Elə İbrahimov Yalçın Qəhrəman oqlu -(5000 manat), İsgəndərli Elçin Əhliman oğlu -(4500 manat), Alıyev Nicat Ədalət oğlu- (6000 manat), Rüstəmov Röyal Adil oğlu-( 4500 manat) kimi çağrışçılar, məqsədlərini «çin» etmək üçün vaxtında tələb olunan «haqq-hesab»ı «tərləyiblər». Maraqlı və təəccüblü hal odur ki, ruhi-əsəb xəstəsi adı altında «komsavat» olunan Röyal Rüstəmov, bu gün Tovuz rayon mərkəzində aparıcı mobil telefon mağazalarından birinə sahiblik edir, hətta bu azmış kimi onun təmiri ilə də məşğul olur. Aldığımız məlumatlara görə Rasim Şirinovun belə bir maxinasiyalarını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin rəisi, cənab Arzu Rəhimovun müavini Zaur müəllim ört-basdır edir. İnanırıq ki, o, belə bir maxinasiyaları ört-basdır etsə də, cənab Arzu Rəhimovla bərabər, silahlı qüvvələrin Ali baş komandanı, hörmətli prezidentimiz İlham Əliyev bu kimi məsələlərdə heç bir güzəştə getməyəcək, məsuliyyət daşıyan hər bir kəsin lazımınca cəzalandırılmasına nail ola biləcəklər. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |