Əsas Səhifə > Ölkə, Manşet > Vəzifəyə keçə bilməsi üçün qardaşından aldığı borcu ödəməyib...

Vəzifəyə keçə bilməsi üçün qardaşından aldığı borcu ödəməyib...


9-02-2015, 12:12
Vəzifəyə keçə bilməsi üçün qardaşından aldığı borcu ödəməyib...
DİA.AZ: - Əslində o, Bakı uğrunda savaşırdı, amma Gəncə ilə kifayətlənməli oldu. Hakimiyyətin yuxarı eşalonunda təmsil olunan ailə üzvlərinin dəstəyilə onun Bakını da fəth edəcəyi gözləniləndir. Və elə baş verəcəklər də bunu söyləyir. Söhbət hazırda Gəncəyə rəhbərlik edən Elmar Vəliyevdən gedir.

DİA.AZ-a Gəncə icra hakimiyyətinin başçısı ilə bağlı ilginc faktlar ötürülüb. Məlumatlı mənbələrdən redaksiyamıza verilən informasiyaa görə, Elmar Vəliyev Gəncəyə başçı göndərilməmişdən əvvəl Bakı şəhərinin açarlarını istəyirmiş: «Amma buna nail ola bilmədi. Əslində qardaşı, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin də bu yöndəki çabaları səmərəsiz oldu».

Mənbəmiz iddia edir ki, amma buna rəğmən Elmar Vəliyevin artıq gedəcəyilə bağlı xəbərlər yayılan Hacıbala Abutalıbovun yerinə gətiriləcəyi kifayət qədər asanlaşıb: «Amma onun ailədaxili hələ bir «razborka»sı var ki, onu həll etmək zorundadır. Bundan sonra Vəliyevlər ailəsinin tam gücü Elmar Vəliyevin Bakı meri postuna gətirilməsinə yönələ bilər».

Problem nədədir. Bu barədə danışan mötəbər mənbə iddia edir ki, Elmar Vəliyev hələ Gəncə şəhər icra hakimiyyətinin başçısı postuna təyin olunduğu ilk illərdə qardaşlarından birinə borclanıb və aradan xeyli vaxtın keçməsinə baxmayaraq hələ də həmin borc ödənməmiş olaraq qalır.

DİA.AZ-a bu barədə danışan mənbə bildirir ki, Gəncəyə rəhbər təyin olunandan sonra böyük söküntülərə başlayan Elmar Vəliyev qardaşı Şahmar Vəliyev sahibi olduğu “Dəvəli” MMC-ni bu prosesə cəlb edib.
Azərbaycanda metlax, mərmər, daş üzlüklərin hazırlanması, satışı ilə məşğul olan “Dəvəli” MMC Gəncədə bir sıra işlər görüb. Bu işlər Elmar Vəliyevin “nisiyə dəftəri”nə yazılsa da aradan illər keçməsinə baxmayaraq, Şahmar Vəliyevə olan borclar ödənməyib.

Bu isə iki qardaş arasında narazılığa səbəb olub. Məlumata görə, Elmar Vəliyevin qardaşına olan borcu 2 milyondan yuxarıdır.

Və məlumatı verən qaynaq bildirir ki, bu borc qapanmadığından Elmar Vəliyev ailəsinin tam gücünü öz məqsədlərinin reallaşmasına cəlb edə bilmir: «İstər-istəməz aradan söz-söhbətlər yaranır. Və bu şərait illərdir ki, davam edir»…

dia-az.life-a daxil olan son məlumatlarda qeyd olunur ki, artqı Elmar Vəliyevlə bağlı qərarın verilmə anı yetişdiyindən o, işlərini təcili şəkildə yekunlaşdırmalıdır. Mənbənin söylədikləri: "İstənilən halda onu Gəncənin taxtından salırlar. Artıq Elmar Vəliyevin gedişi qərarı verilib. Hansısa yeni təyinat məsələsi isə həll olunmayıb. Buna görə də Gəncə ŞİH başçısının yenidən "qardaş dəstəyi"nə ehtiyacı var... Köhnə borcun ödənmədiyi şəraitdə isə bunun mümkün olacağı o qədər də inandırıcı görünmür".

Bu iddialarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt