Əsas Səhifə > Ölkə, Manşet > "Binə" Ticarət Mərkəzinin sahibəsi hədəfdə: Fəaliyyəti araşdırılır
"Binə" Ticarət Mərkəzinin sahibəsi hədəfdə: Fəaliyyəti araşdırılır13-02-2015, 11:44 |
“Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın biznes imperiyası qürub çağını yaşayır. Tia.az-a daxil olan məlumata görə, sahibkarların “qanını içən” biznes-ledi barəsində yuxarı dairələrdə ciddi araşdırmalar başlanıb. Əldə etdiyimiz məlumata görə, xanım Məmmədova sahibi olduğu ticarət mərkəzindən milyonlar qazansa da, ciddi maliyyə pozuntularına yol verib, milyonlarla manatı vergidən yayındırıb. Bu səbəbdən aidiyyatı qurumlar yaxın vaxtlarda ölkənin ən iri ticarət mərkəzində təftişə başlayacaq. Xatırladaq ki, K.Məmmədovanın vergidən yayındığı bildirilir. Geri qayıt |