Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Ana həkimin tələb etdiyi 480 manatı verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub
Ana həkimin tələb etdiyi 480 manatı verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub17-02-2015, 10:46 |
Sabirabad Doğum Evində bir qadının başına pulu olmadığı üçün müsibət gətirilib. Bu barədə JAM.AZ-a həmin vəziyyətlə üzləşmiş Mərziyyə Mirzəyevanın yaxınları məlumat veriblər. Məlumatda deyilir ki, fevralın 3-də M.Mirzəyevanın ağrıları başlayıb və təcili olaraq rayon Doğum Evinə gətirilib. Orada Güllü adlı həkim tərəfindən müayinə edildikdən sonra qeysəriyyə yolu ilə əməliyyat olunacağı bildirilib. Lakin həkim Mirzəyevlərə bildirib ki, əməliyyatı aparmaq üçün ona 480 manat verilməlidir. JAM.AZ-a daxil olan məlumatda vurğulanır ki, Mirzəyevlər imkansız ailə olduqlarından bu pulu düzəltmək gücündə olmadıqlarını həkimə çatdırıblar. Hətta təklif ediblər ki, əməliyyatdan sonra xəstələri Doğum Evində qaldığı müddətdə həmin pulu düzəldib gətirə bilərlər. Lakin Güllü adlı həkimin bununla razılaşmadığı deyilir. Qeyd edək ki, hamilə Mərziyyə Mirzəyevanın bu səbəbdən 14 saat ağrılar içində Doğum Evində saxlanıldığı, sonda isə ölümlə üz-üzə gəldiyi görülərək, təcili əməliyyata alınıb. Lakin körpəni xilas etmək mümkün olmayıb. Üstəlik, ananın da vəziyyəti həddindən artıq ağır hesab edilir. Mirzəyevlərin bu olaydan sonra şikayətçi düşdükləri də deyilir. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |