Əsas Səhifə > Ölkə, Manşet > Ağcabədinin tarixi kəndində görünməmiş dəhşət - 1 ildir kəndə işıq verilmir

Ağcabədinin tarixi kəndində görünməmiş dəhşət - 1 ildir kəndə işıq verilmir


26-02-2015, 11:19
Ağcabədinin tarixi kəndində görünməmiş dəhşət - 1 ildir kəndə işıq verilmir
Ağcabədi rayonunun Avşar kəndinin sakinləri bir ilə yaxındın elektrik enerjisinin üzünə həsrətdir. JAM.AZ Dosye.org saytına istinadən xəbər verir ki, bu məlumatı elə kənd camaatı özü verib.

Sakinlər bildirirlər ki, onlar özlərini 21-ci əsrdə deyil, orta əsrlərdə yaşadıqlarını zənn edirlər. Çünki elektrik enerjisi olmadığından heç bir məişət texnikasından istifadə edə bilmirlər. «Dəfələrlə bu məsələni rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun diqqətinə çatdırmışıq. Ancaq nə xeyri, tədbir görən yoxdur».

Avşarlılar deyir ki, Ağcabədidə Azərbaycan qanunları işləmir. «Burada məmurlar var toplamaq uğrunda yarışa girişiblər. Artıq bizləri polis ilə təhdid edirlər. Səsini çıxaranı şərləyib həbs elətdirirlər, məhkəmədə cərimələtdirirlər. Rayonda rüşvət, məmur özbaşnalığı, bürokratik əngəllər tüğyan edir. Adicə yaşayış yerindən arayış üçün 30-50 azn arasında adamına baxıb pul tələb edirlər. Soruşanda da «bu dövlət rüsumudur» deyə bizləri ələ salırlar».

Ağcabədidə qəribə qaydalar da varmış. Məsələn, icra başçısının qəbuluna bir dəfə gedən şəxs, ikinci dəfə İcra Hakimiyyətinin binasına buraxılmır. «Bizlərə açıqca deyirlər ki, «gedin əlinizdən nə gəlir beş qaba çəkin, biz beləyik». Bütün obyektlər hər ay Şahin Məmmədova haqq verir».

Avşar əhli deyir ki, kəndlərində su problem idə dəhşətli vəziyyətdədir. Onların sözlərinə görə, ərazidəki artezian quyuları işləmir. «Məcburiyyət qarşısında qalıb pulla rayondan maşınlarla su gətirməli oluruq. Böyük kəndi bir neçə maşın suyla təhciz etmək olar? Heç bir yerdə iş yoxdur, insanlar dövlətdən qara qəpik də almırlar. Necə dolanmalıdırlar? Məcbur olub hərə öz həyətyanı sahəsində əl zəhməti ilə bir neçə metr dərinliyinə «kaçalka» vurub. Buradan çıxan su da çox duzludur deyə içməyə yaramır. İnanın, mal heyvan bu suyu içmir. Məcbur olub qaynadıb, biz insanlar içirik. Artıq duzlu su içməkdən böyrəklərimiz çürüyüb. Axı niyə insanların taleyi, həyatı heç kimi maraqlandırmır?»

Kənd sakinləri deyir ki, onlar şikayət etdikcə daha da sıxışdırılırlar. «Elə vəziyyətdəyik ki, rayon mərkəzinə getməyə 1 manat pul tapmırıq. Həyətimizdə olan mal, heyvanı da satıb dolanışığa vermişik. Kənddə elə adamlar var ki, evində həyat yoldaşına aid olan qızılları, nişan üzüyünü satıb ərzaq alıb».

Yazıda ilgili tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt