Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Zakir Fərəcovun adamları da bahalaşmaya səbəb olublar

Zakir Fərəcovun adamları da bahalaşmaya səbəb olublar


27-02-2015, 12:40
Zakir Fərəcovun adamları da bahalaşmaya səbəb olublar
Xirdalanda fəaliyyət göstərən bazarda qiymətlər kəskin bahalaşıb. Bazarda satışa çıxarılan kənd təsərrüfatı məhsullarında 40-50 qəpiklik artım müşahidə olunub. Belə ki, kələm 80 qəpiyə, kartof 1 manat, ət isə 8 manat civarındadır.
Yerli sakinlər qiymət artımına ciddi narazılığını bildiriblər. Satıcılar isə qiymət artımının baş verməsini müxtəlif səbəblərlə izah edirlər. Satıcıların dediyinə görə, qiymət artımına səbəb malların topdansatış məntəqələrində qiymət artdığından qiymətlərdə kəskin fərq əmələ gəlib.
Məlumat üçün bildirək ki, Xırdalan bazarında suni qiymət artimının qarşısının alınması üçün hələlik heç bir qurum hərəkətə keçməyib. Abşeron rayon icra hakimiyyəti süni qiymət artımına heç bir reaksiya vermir, əksinə bazarı nəzarətdə saxlayan icra başçısı Zakir Fərəcovun yaxın adamları bazarda yer haqqlarını da qaldırıblar. Bazardakı satıçılar bildirir ki, qiymətlərin qaldırılmasının səbəblərindən biri də budur. Məlumat üçün bildirək ki, Xırdalan bazarı Zakir Fərəcovun yaxın adamlarının nəzarətindədir. Elə isə maraqlıdır, yerli icra orqanları bazara nəzarəti niyə gücləndirib aidiyyatı qurumlara bu barədə məluçat vermir?

Geri qayıt