Əsas Səhifə > Ölkə, Manşet > Manatın məzənnəzinin aşağıdüşməsi bank sektoruna ciddi zərbə vurub...
Manatın məzənnəzinin aşağıdüşməsi bank sektoruna ciddi zərbə vurub...2-03-2015, 11:56 |
“Unibank” manatın devalvasiyasına görə qənaət etməyə başlayıb. Bank müştəriləri üçün “albalı+” plastik kartı verilişini dayandırıb. Tia.az-ın əldə etdiyi xəbərə görə, iri maliyyə resurslarına malik bank fəaliyyətini məhdudlaşdırmaqla xərclərini azaltmaq qərarı verib. Artıq “Albalı+” kartını ləğv etməklə müştəriləri böyük imkandan məhrum edib. Plastik kartların verilişi qeyri-müəyyən vaxta kimi təxirə salınıb, nə zaman bərpa olunacağı məlum deyil. Məlumat üçün qeyd edək ki, “Unibank” KB ASC 15 oktyabr 2002-ci il tarixində Azərbaycanın iki qabaqcıl kommersiya bankının - MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində yaranıb. 2003-cü ildə Bankın səhmdarları sırasına (15,15% payla) Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG şirkəti (8,33% payla) daxil olub. Ötən müddətdə bankın maliyyə göstəriciləri durmadan artıb. 2013-cü ildə nizamnamə kapitalı 70 565 232 manat təşkil edib. Malik olduğu aktivlər noyabr ayının əvvəlinə 700 mln. AZN-ni keçib. “Unibank” 5 minə yaxın korporativ və 440 mindən artıq fərdi müştəriyə xidmət göstərib. Əmanətlərinin həcmi də az olmayıb. Geri qayıt |