Əsas Səhifə > Ölkə, Manşet > Daha bir tikinti şirkəti narazılığa səbəb olur

Daha bir tikinti şirkəti narazılığa səbəb olur


31-03-2015, 11:04
Daha bir tikinti şirkəti narazılığa səbəb olur
Respublikada manatın kəskin devalvasiyasından sonra ölkənin maliyyə bazarında yaşanan problemlər, süni bahalaşma, insanların narazılıqları hələ də davam etməkdədir. Dolların məzənnəsinin qalxması ölkənin maliyyə bazarında çaxnaşma yaratdı. Bütün sahələrdə süni qiymət artımına getdilər. Təkcə xaricdən gələn məhsullarda deyil, yerli məhsullarda da qiymət artımı qaçılmaz oldu. Bu isə vətəndaşların ciddi narazılığına gətirib çıxardı.

Qeyd edək ki, vətəndaşları narazı salanlar sırasında tikinti şirkətlərinin də adı var. Belə ki, redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ölkədə fəaliyyət göstərən tikinti şirkətlərindən biri olan İmperial-AS MTK istehlakçıların hüquqlarını pozmaqla məşğuldur. Belə ki, Nizami rayonu Qara Qarayev metrostansiyasının yaxınlığında Tofiq Abbasov küçəsi 24/42 məhəlləsi, bina 4E -də olan mənzil sahibinin hüquqları pozulur. İmperial -AS MTK şirkətinin rəhbəri Bayramov Əbülfət Bayram oğlu vətəndaşların qəzəbinə tuş gəlib. Həmin şəxs mənzil sahiblərindən əlavə pul tələb edir. Belə ki, Bayramov Əbülfət mənzil sahiblərinə bildirib ki, dolların məzənnəsi qalxandan bəri ölkədə tikinti materillarının qiymətində artım müşahidə edilir. Ona görə də mənzil alan vətəndaşlar əlavə pul ödəməlidirlər. Binada mənzili olan istehlakçılar isə buna etirazlarını bildirirlər. Bunu dövlət başçısının apardığı siyasətə xələl gətirmək kimi qiymətləndirirlər.

Qeyd edək ki, dolların məzənnəsi qalxandan sonra prezident İlham Əliyev öllkədə baş verən süni qiymət artımı hallarından danışarkən bildirdi ki, qiymətləri süni şəkildə qaldırmağa cəhd edən şəxslər barəsində çox ciddi təbirlərin görüləcək. Hətta ölkə başçısı süni qiymət artımına yol verilməməsi ilə bağlı bütün qurumlara göstərişlər verdi:

"Son illər ərzində istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Son illər ərzində Azərbaycanda istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaqdır".

Görünür, İmperial- AS MTK prezidentin çıxışından heç kəs nəticə çıxarmayıb. Odur ki, süni qiymət artımına gedib. İstehlakçılar isə sahibkarı günahlandırırlar. Və ölkə başçısının tapşırıqlarını nəzərə almamaqda suçlayırlar.

Qeyd edək ki, məsələ ilə bağlı İmperial AS MTK-ya məxsus 465-42-27 əlaqə nömrəsi ilə əlaqə saxlasaq da ötür -ötür oyununa məruz qaldıq. Sonda isə Qənimət adlı xanımın bizə bir sözü oldu: "Qiymətləri yaxşı edib qaldırmışıq". Bütün bunlar onu göstərir ki, İmperial- AS MTK ölkə başçısının tapşırıqlarına əhəmiyyət vermir. Qeyri-leqal yolla vətəndaşlardan pul tələb edirlər. Bu isə qanunsuzluqdur.

Qeyd edək ki, İmperial AS MTK-nın adı daim qalmaqallarda hallanıb. Şirkət birinci dəfə deyil ki, qanunsuz əməllər törətməkdə günahlandırılır. Ötən il də sözügedən şirkət məhz Qara Qarayev metrosunun üstündə yerləşən Tofiq Abbasov 38-A ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının sakinləri tərəfindən etiraza səbəb olmuşdu. Onların etirazlarının səbəbi həmin binanın "İmperial-AS" MTK şirkəti tərəfindən sökülmək istənməsi və onlara təklif edilən kompensasiyanın az olması idi. ümid edirik ki, aidiyyəti qurumlar "İmperial -AS" MTK -nın fəaliyyətini araşdıracaq və lazımi tədbirlər görəcək. \\ GünBakı \\

(Ardi var)

Geri qayıt