Əsas Səhifə > Ölkə, Manşet > Rövnəq Abdullayevə söz demək olur, amma onun işçisinə yox - Mətbuatla dövlət qurumları arasındakı sədd

Rövnəq Abdullayevə söz demək olur, amma onun işçisinə yox - Mətbuatla dövlət qurumları arasındakı sədd


6-04-2015, 11:13
Rövnəq Abdullayevə söz demək olur, amma onun işçisinə yox - Mətbuatla dövlət qurumları arasındakı sədd
DİA.AZ: - Bu gün mətbuat bir çox məmurların qara kabusuna çevrilib. Əslində, KİV-lərin işıqlandırdığı mövzulardan daha çox ehtiyat edəni məhz işində nöqsan olan məmurlardır. İnandırıcı deyil ki, ona tapşırılan işin öhdəsindən layiqincə gələn hansısa vəzifəli şəxs mətbuatdan ehtiyatlansın…

Amma bəzən elə olur ki, mətbuat həm də bir qərəz nümayişi alətinə də çevrilir. Məsələn, son zamanlar konkret olaraq bir neçə nazirlik var ki, onlarla bağlı xəbər portalları daha çox tənqidi material yaymağa maraqlı görünürlər.

Bununla bağlı «Söz» Analitik Araşdırma Bürosu (SAAB) tərəfindən sorğu keçirilib. Bu barədə qurumdan DİA.AZ-a verilən məlumatdan aydın olur ki, onlar 20 xəbər portalı və qəzet əməkdaşı arasında virtual sorğu keçiriblər.

Qurumun dia-az.life-a verdiyi xəbərdə bildirilir: «Konkret olaraq sual ünvanlamışdıq və jurnalistlərin verdiyimiz suallar əsasında bu gün mətbuatla ciddi problemi olan dövlət qurumları və bunun səbəbləri barədə ümumi qənaəti ortaya çıxardıq.

Aydın olur ki, bu gün Azərbaycanda konkret olaraq 3 dövlət qurumu mətbuatın əsas «hədəfləri» sırasındadır. Həmin qurumlar aşağıdakılardır:

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
2. Dövlət Yol Polisi;
3. Təhsil Nazirliyi

Araşdırmalara görə, jurnalistlər bu qurumlardan daha çox şikayət xarakterli materialların gəlməsi səbəbindən tənqidi materialları verməyə maraqlıdırlar. Bu, həm də redaksiyaların tələbi kimi də qəbul oluna bilər. Çünki tərif və yaxud da «ölü informasiya» əhəmiyyətli materiallar oxucular üçün cəlbeidici olmadığından redaksiyaların böyük əksəriyyətində məhz tənqidi material populyarlığı hiss olunandır».

DİA.AZ bildirir ki, SAAB tərəfindən həm də dövlət qurumları ilə mətbuat arasındakı vasitələrin - mətbuat xidmətlərinin də durumu araşdırılıb. Qurumun məlumatında deyilir:

«Jurnalistlər arasında keçirilən sorğuya əsasən aydın olur ki, bu gün KİV işçiləri üçün maraqlı bir şərait formalaşıb. Elə olur ki, hansısa qurumun rəhbəri ilə jurnalistin əlaqə yaratması əgər an işidirsə, həmin qurumun mətbuat xidməti ilə əlaqə yaratmaq imkansızdır. Və verdiyimiz suallar əsasında belə bir siyahı da ortaya çıxmış oldu. Aşağıdakı siyahıda rəhbəri mətbuata yaxın, mətbuat xidməti isə mətbuatdan qazan dövlət qurumları yer alıb:

1. Dövlət Neft Şirkəti (SOCAR);
2. Nəqliyyat Nazirliyi:
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

Bu siyahını ərsəyə gətirən suallırımıza verilən jurnalist cavablarından belə aydın olur ki, onlar üçün, məsələn, SOCAR prezidenti Rövnəq Abdullayevlə əlaqə yaratmaq daha asandır, nəinki SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevlə. Və yaxud da jurnalistlər bu gün nəqliyyat naziri Ziya Məmmədova rahatlıqla suallarını ünvanlama fürsəti əldə edə bilirlərsə də, nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənova eyni rahatlıqla ulaşa bilmirlər».

Geri qayıt