Əsas Səhifə > Ölkə, Manşet > Torpaqları işğal altında olan Xocavəndin başçısı "torpaq mülkədarı" imiş...
Torpaqları işğal altında olan Xocavəndin başçısı "torpaq mülkədarı" imiş...22-05-2015, 11:08 |
İcra Hakimiyyətinin məsul işçiləri Eyvaz Hüseynovla birlikdə rayonun əkinə yararlı sahələrini ələ keçiriblər. Xocavənd rayonundan AzFakt.com-a daxil olan məlumata görə rayon icra başçısı Eyvaz Hüseynov və ətrafı dövlət tərəfindən rayona ayrılmış torpaq sahələrinin bir hissəsini şəxsi mülkü kimi istifadə edirlər. Rayon sakinlərinin saytımıza veriyi məlumatda qeyd olunur ki, Eyvaz Hüseynov və ətrafı özlərinə saysız hesabsız torpaq sahələri götürərək böyük təsərrüfat sahələri yaradıblar. Başçı və müavinlərinin həmin torpaq sahələrindən, həm mal-qara yetişdirmək üçün, həm də əkinçilik üçün istifadə edirlər. Hər il taxıl biçilən zaman “Aqrolizinq” təşkilatının ayırdığı texnikalar da ilk öncə Eyvaz Hüseynovun və müavinlərinin torpaq sahələrindəki əkilən dənli bitkiləri biçir. Digər xocavəndlilər isə bu üzdən ciddi məhsul itkisi ilə üzləşirlər. Çünki bir qayda olaraq kasıb adamlara sıra ən sonda çatır. Qeyd olunur ki, icra başçısı və ətrafı rayon torpaq sahələrini yaxınlarınına adlarına sənədləşdirdiklərinə görə özlərini aydan arı, sudan duru aparırlar. Məlumat mənbəmiz bildirir ki, icra başçısının və müavinlərinə məxsus torpaq sahələrinin siyahısını saytımıza verib. Həmin siyahını sizlərə təqdim edirik İcra başçısı Eyvaz Hüseynov - 330 hektar torpaq sahəsi var. Onun 150 hektarında heyvandarlıq üçün istifadə edir, 170 hekatarında isə dənli bitkilər əkdirir. Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov - 120 hektar torpaq sahəsi var. 50 hektar ərazidə heyvan saxlatdırır, 70 hektar sahədə isə əkin əkir Xocavənd rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Allahverdiyev Müslüm - 60 hektar. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini, keçmiş müavin və Aqrar məsələlər şöbəsinin müdiri Mustafayev Rafail - 200 hektar. Rafail Müstafayev uzun müddət Eyvaz Hüseynovla birlikdə dövlət tərəfindən verilən subsidiya yardımını mənimsəyən şəxs kimi tanınır. Məhz icra başçısı onun əli ilə hər il yüz tonlarla gübrə və sair mineral dərmanları satdırdığı iddia olunur. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəfərov Vaqif - 50 hektar. İcra başçısının köməkçisi Aslanov Şaiq - 50 hektar. Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Bayramov Məhəmmədəli - 40 hektar Rayon Təhsil Şöbəsinin müdiri Yusifov Şəvahət - 45 hektar, Sektor müdiri, Xocavənd icra hakimiyyətinin baş mühasibi Quliyev Mirverdi - 60 hektar. İnformasiya mənbəmiz qeyd edir ki, icra başçısı və müavinləri hər il dövlət tərəfindən verilən subsidiyaları da bir qayda olaraq saxta sənədlər əsasında bölüşdürürlər. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən buğda əkini üçün hər hektara verilən 80 manat subsidiya sənədləşdirirlər. Əslində həmin əkin sahələrində arpa əkilir. Qeyd edək ki, Xocavənd icra başçısı Eyvaz Hüseynovun rayonun təhsil, mədəniyyət və səhiyyyə idarələrinin əli həyata keçirtdiyi maxinsaiyalarla bağlı növbəti yazımızda oxucularımıza ilginc məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin... Qarşı tərəfin mövqeyini verməyə hazırıq. Geri qayıt |