Əsas Səhifə > Ölkə, Manşet > İlginc: Kredit götürüb rüşvət verən vətəndaş baş prokurora müraciət etdi…
İlginc: Kredit götürüb rüşvət verən vətəndaş baş prokurora müraciət etdi…26-05-2015, 09:59 |
DİA.AZ: - Salyan rayonunun Cəngən kəndində yaşayan Nağıyev Niyaməddin Mirzağa oğlu kömək üçün ölkənin baş prokuroru Zakir Qaralova müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Hörmətli Zakir müəllim! Məlumat üçün bilridirim ki, mənim 37 yaşım var, ailəliyəm, 2 uşaq atasıyam. Kasıbçılıqla güzaranımı keçiriəm. 2011-cu ildə Salyan rayonu Kürqaraqaşlı kənd bələdiyyə sədri olan Oruc Məmmədovdan ev tikmək məqsədilə 0.10 ha torpaq sahəsi alımışam. Həmin yerə aid əlimdə bələdiyyə qərarı da var. Evi tikib qurtarmışam və hazırda orada yaşayıram. Amma torpağın sənədini hələ də tam qaydasına sala bilmirəm . Həmin vaxt 0.10 ha torpağı mənə 1500 manata təklif etdilər. Sonda 1200 manata razılaşdıq. Dedilər ki, 600 manat torpağın dəyəridir və ona dair qəbz veririk, 600 manat isə sənədləşmə zamanı “yuxarı”lara çatır. İmkanım olmadığından ilkin olaraq torpağın dəyərini (600 yüz manatı) ödədim”. dia-az.life bildirir ki, narazı vətəndaş daha sonar yazır: “Təssüf ki Bələdiyyənin hesabına ödədiyim pulun qəbzini bu günə kimi ala bilməmişəm. Sonradan öyrəndim k, belə haqsızlıqla qarşılaşan təkcə mən deyiləm, keçmiş bələdiyyə sədrləri vəd verməklə çoxlarını aldadıb. Başıma gələn digər hadisə də elə keçmiş və indiki bələdiyyə sədrlərinin tamahkar hərəkətləri ilə bağlıdır. 2013-cü ildə eşitidm ki, bələdiyyə sədri Fəxrəddin Vəliyev bələdiyyə mülküyyətindən öz adına icarəyə götürdüyü 2 hektarlıq əkin sahəsinə müştəri axtarır ki, yeri öz növbəsində ona icarəyə versin. Mən də balalarım üçün ev tikdiyimdən gecə-gündüz çalışamq zorundaydım. Odur ki, həmin yerə tələb olunan 800 manatı kredit götürüb ona verdim. Aramızdakı şifahi razılaşmaya görə əkin sahəsindən 3 il, yəni 2015-ci ilin dekabrına qədər istifadə etməliydim. Fəxrəddin Vəliyev pulu məndən alarkən icarə müqaviləsi tərtib edəcəyinə söz verdi, amma bu vədinə də əməl etmədi. İcarə haqqından savayı 700 manat əlavə xərc çəkərək sahədə çoxillik yem bitkisi olan yonca yetişdirdim. Yeni seçilən bələdiyə sədri (əvvəllər hər iki sabiq sədirlərin müavini olan) Telman Ağabəyov isə icarəyə götürdüyüm sahəni “Nurgün Aqro”ya satdı. Belə haqsızlıqmı olar? Mənim kimi yetim-yesiri belələri nə vaxta qədər aldadacaq? Üstəlik xalqın malın istədikləri kimi sağa-sola talayırlar. Məlumat üçün qeyd edim ki, son 5 ildə bu blədiyyədə baş verən özbaşınalıqlara görə 4 dəfə sədr dəyşikliyi olub, lakin onlardan heç birinə “gözün üstə qaşın var” deyilməyib. Xahiş edrəm müraciətimi nəzərə alaraq Kürqaraqaşlı kənd bələdiyyəsində movcud olan qanunsuzluqların araşdırlması üçün müvafiq göstəriş verəsiniz”. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |