Əsas Səhifə > Ölkə, Manşet > Qalmaqal: Bakıda oğluna qalmaqallı toy edən iş adamı fəhlələrin haqqını yeyir
Qalmaqal: Bakıda oğluna qalmaqallı toy edən iş adamı fəhlələrin haqqını yeyir1-06-2015, 10:37 |
Mayın 29-da Salyan rayonunun Qarabağlı kəndində “İlkin” MMC-nin işiçləri etiraz aksiyası keçirib. infom.az-a daxil olan məlumata görə, aksiyaya səbəb müəssisədə çalışan 100-dən çox işçinin fevaral ayından bu günə kimi əmək haqlarını almamağı olub. Etirazçılar tələblərinin təmin olunması üçün müəssisə rəhbərliyinə 15 gün vaxt veriblər. Qeyd edək ki, “İlkin” MMC daim qalmaqalları ilə mətbuatın diqqətini çəkən Hacı Qurbana- Qurban Abbasova məxsusdur. Hələ də danışılan toy əhvalatından sonra Hacının işləri düz gətirmir. Qeyd edək ki, o zaman oğlunun toyunda dəyəri 120 min manat olan “Galendewage”lərin karvanı onu yuxarıların qəzəbinə gətirmiş və buna görə yaxşıca “qulaqburması” almışdı. Bu arada Salyan və Neftçalada qazma işləri aparan Çin şirkətləri də Hacıdan üz döndərib. İşin maraqlı tərəfi isə budur ki, “İlkin” MMC-də çalışan fəhlələrə Hacı borcludursa, əksər işçilər də dolayı yolla ona borcludur. Belə ki, 5 aydır əmək haqqı ala bilməyən işçilər məcburiyyətdən elə həmin kənddə Haciya məxsus dükanlardan nisyə ərzaq məhsulları alıblar. İndi kimin kimə borclu olduğunu ayırd etmək çətindir. Hacı nisyə dəftərlərini ortaya tökə və borcları üzləşdirə bilər. Başqa bir versiyaya görə, “İlkin” MMC-nin külli miqdarada vergi borcu olub. Hacı Qurban da ölkədə maliyyə böhranı yaşandığı indiki vaxtda “vergidən yayınma” kimi ciddi ittihamla üzləşməmək üçün qorxusundan vergiləri son qəpiyinədək ödəyib, nəticədə işçilərə əmək haqqı ödəməyə hesabında pul qalmayıb. Etirazın böyüməməsi üçün çox güman ki, o, fəhlərlərin əmək haqqını da tezliklə ödəyəcək. Buna hələ 15 gün vaxtı var... Geri qayıt |