Əsas Səhifə > Ölkə, Manşet > Elmar Vəliyevin şəhərində biabırçı mənzərə...
Elmar Vəliyevin şəhərində biabırçı mənzərə...23-06-2015, 11:38 |
Gəncədən Daşkəsən rayonu istiqamətinə yol alan və Bağmanlar küçəsinin sonunda dayanmaq və ya avtomobilin pəncərəsini açıq buraxmaq dəhşətdir. Və ya ümumiyyətlə mümkün deyil. Bu kəçinin sonunda bir şadlıq sarayı yerləşir. Küçənin sonunda yerləşən «Vüsal» Şadlıq Sarayı, böyük bir restoran şəbəkəsinin bütün kanalizasiyası, artıq tullantıları yaxınlıqdakı boş əraziyə axıdılır. GUNDEMİNFO.AZ-ın əməkdaşlarının rastlaşdıqları mənzərə sözün əsl mənasında böyük bir rəzalətdir. Bağmanlar küçəsinin sonunda yerləşən şadlıq sarayından sonra isə boş bir ərazi, əkin sahəsi başlayır. İnsanlar bu ərazilərdə tərəvəz yetişdirirlər. Lakin sakni çay kimi axan kanalizasiya tullantıları ətrafa elə bir qoxu verir ki, burada sadəcə olaraq insan dayana bilməz. Yaxınlıqda yerləşən mal-qara satışı, ət kəsimi üçün qurulmuş bazar da həmin «kanalizasiya çayı»nın 100 metrliyindədir. GUNDEMİNFO.AZ-a şikayət edən sakinlər deyir ki, dəfələrlə problemlə bağlı olaraq «Vüsal» Şadlıq Sarayının sahibinə şikayət ediblər. Lakin hələ də heç bir tədbir görülməyib. Küçənin sonuncu mənzilində yaşayan Şərif Bağırov deyir ki, bu məsələ ilə bağlı müvafiq dövlət qurumlarına illərdir ki, dəfələrlə şikayət etsələr də nəticəsi olmayıb. «Hər dəfə bizə deyirlər ki, bu ərazi heç bir rayonun ərazisinə düşmür. Əslində isə bura Daşkəsən rayonunun ərazisidir. Lakin Bakıya da müraciət etsək də nəticəsi olmayıb. Özünüz görürüsünüz ki, burada bir neçə dəqiqə dayanmaq mümkün deyil, xüsusilə də yay aylarında üfunət ətrafı bürüyür» deyə həmsöhbğətimiz bildirdi. Əməkdaşlarımızın apardıqları araşdırma zamanı bəlli olub ki, «Vüsal» Şadlıq sarayı iri çinli yerli məmurlardan birinə məxsus olduğuna görə, ətrafa çirkab tullantılarının axıdılması ilə bağlı olaraq heç bir tədbir görülməyib. Ən dəhşətlisi isə odur ki, şadlıq sarayının çirkab sular axıtdığı ərazi taxıl sahələridir. Bu mövzu ilə bağlı əlaqədar qurumların da mövqeyini dinlməyə hazırıq. Geri qayıt |