Əsas Səhifə > Ölkə, Manşet, foto > Burada dövlətin qanunlarını nəzərə alan yoxdur...
Burada dövlətin qanunlarını nəzərə alan yoxdur...28-07-2015, 11:42 |
Ölkənin müxtəlif rayon və bölgələrində, o cümlədən paytaxtda yerləşən bir çox doğum evlərinin və dövlət xəstəxanalarının doğum şöbələrinin fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallardan bəhs edən tənqidi materiallar dərcetmişik. Həmin materiallarda biz qeyd etmişdik ki, son vaxtlar dövlətin balansında fəaliyyət göstərən bir çox bu tip səhiyyə müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin aşağı səviyyəsindən və burada baş alıb gedən rüşvətxorluqdan müxtəlif instansiyalara daxil olan şikayətlərin sayı durmadan artır. Tibb müəssisələrindən daha çox, bazarı xatırladan bir çox doğum evlərində baş verən özbaşınalıqların qarşısını almaq isə heç cür mümkün olmur. Redaksiyamıza daxil olan məlumatlarda da Bakının Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasının doğum şöbəsindən edilən şikayətlərə tez-tez rast olunur. Maraqlıdır ki, daxil olan əksər məlumatlarda 3 saylı xəstəxananın ümumilikdə fəaliyyəti müsbət qiymətləndirilir. Bildirilir ki, bu səhiyyə müəssisəsinin baş həkimi Fikrət Zeynalov, rəhbərlik etdiyi xəstəxanaya müraciət edən vətəndaşların yüksək səviyyədə tibbi xidmətlər ala bilmələri üçün əlindən gələni əsirgəmir. Lakin xəstəxananın doğum şöbəsinə keçərkən, pasiyentlər sanki tamamilə başqa bir aləmə düşdüklərini zənn edirlər. Bu xüsusda aldığımız məlumatlarda iddia olunur ki, doğum şöbəsinin müdiri Arzu Babayeva xəstəxananın rəhbərliyindən hər bir cəhətdən tam fərqli iş üsulları tətbiq edir. Belə ki, şöbə müdiri istər burada dünyaya uşaq gətirmək istəyən analardan, istərsə də tibbi xidmət göstərən həkim və texniki personaldan sürəkli olaraq pul yığımları həyata keçirir. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, doğuşa görə təkcə şöbə müdirinin haqqı 500 manat təşkil edir. Bu pulun nəyə görə alındığını soruşduqda isə tibb bacıları açıqca həmin məbləğin həkimlərə aidiyyatının olmadığını və birbaşa Arzu Babayevaya çatdırıldığını bildirilər. Daha sonra doğuşu qəbul edəcək həkimə 300 manat ödənilməsi də tələb olunur. Bundan sonra da tibb bacılarının və xidmətçi personalın pulu çatmalıdır. Yəni dünyaya yeni insan gətirən anna xəstəxanadan çıxıb evə gedə bilmək üçün minimum 1000 manatından keçməlidir. Qeyd olunduğu kimi bu tibb müəssisəsində uşaq dünyaya gətirmiş gənc anaların da sonradan kütləvi informasiya vasitələrinə etdikləri müraciətlərdə 3 saylı xəstəxananın doğum şöbəsində baş alıb gedən rüşvətxorluq halları öz əksini tapır. Lakin bütün bu ödəniş və haqqvermələr müqbilində belə, bu doğum şöbəsi Bakı şəhəri üzrə burada göstərilən tibbi xidmətlərin səviyyəsinə görə ən aşağı yerlərdən birini tutur. Redaksiyamıza son daxil olan məlumatlarda isə bu doğum şöbəsində sürəkli olaraq müxtəlif qeyri-qanuni cərrahi əməliyyatların da həyata keçirildiyi xəbər verilir. Bu xüsusda mənbələr bildirirlər ki, şöbədə yüksək ödəniş müqabilində uşaq alınması (abort), bakirəliyin bərpası kimi əməliyyatlar da həyata keçirilir. Eyni zamanda da iddia olunur ki, bu və digər nöqsanlarla bağlı Səhiyyə Nazirliyinə dəfələrlə müraciət olunsa da, bu günədək problemlərdən heç biri öz həllini tapmayıb. Bunun əvəzində isə Arzu Babayeva bir müddət əvvəl qiymətləri daha da qaldırmağa başlayıb. İndi bir xəstə ayda bir dəfə həkim müayinəsinə gəlirsə, hər dəfə 40-50 manat ödəməli olur. Hamiləlik dövründə isə ultrasəs müayinəsi üçün ən azı iki-üç dəfə xəstəxanaya müraciət etmək lazım gəlir. Bu da gələcək analara hər dəfə əlavə 15-20 manata başa gəlir. Elə qan analizi üçün də təxminən bu qədər vəsait ödəyirlər. Beləliklə də doğuşa qədərki müayinə kasıblara təxminən 500-600 manata, imkanı olanlara isə 800-1000 manata qədər başa gəlir... Geri qayıt |