Əsas Səhifə > Ölkə, Manşet > Məşhur Oromi qardaşlarının "Bank of Baku"su da bağlanır...

Məşhur Oromi qardaşlarının "Bank of Baku"su da bağlanır...


12-08-2015, 11:16
Məşhur Oromi qardaşlarının "Bank of Baku"su da bağlanır...
DİA.AZ: - Dünən məlum oldu ki, “Rabitəbank” Azərbaycandakı banklardan birinin alınması ilə bağlı danışıqlar aparır. Qeyd edək ki, “Rabitəbank”ın maliyyə departamentinin direktoru Nicat Abbasov mətbuata bu məlumatı təsdiqləyib.

Bununla belə o, konkret nəticə olmadığından “Rabitəbank”ın almaq istədiyi bankın adını açıqlamayıb: “Bu məsələlər hələ tam rəsmiləşməyib, dəqiqləşməyib. Buna görə də bankın adının məxfi saxlanılması məqsədəuyğundur. Bu 1-2 günə həll edilən məsələ deyil. Bunun üçün müəyyən müddət lazımdır. Yəqin ki, bir aya bu məsələlər dəqiqləşəndən sonra ictimaiyyətə əlavə məlumat verilə bilər”.

N.Abbasov əlavə edib ki, “Rabitəbank”ın digər bankı almaq niyyəti fəaliyyətinin genişləndirilməsi strategiyasına uyğundur. “Hazırda “Rabitəbank” zəif banklardan deyil. Rabitəbank bu proses nəticəsində inkişafını gücləndirmək fikrində deyil. Bankımızın inkişaf etməsi üçün özünün yetərincə gücü var. Amma bankımızın digər bankı almasının az da olsa, müsbət təsiri olacaq” – deyə, N. Abbasov vurğulayıb.

DİA.AZ-a özəl qaynaqlardan daxil olan informasiyada qeyd olunur ki, “Rabitəbank”ın satın almağa hazırlaşdığı bank bu günlərdə böhrana düşdüyünü dolayı yollarla etiraf edən "Bank of Baku"dur.

Mənbə iddia edir ki, hələlik danışıqlar gedir, amma yaxın günlərdə "Bank of Baku" “Rabitəbank”a birləşəcək.

dia-az.life xatırladır ki, "Bank of Baku"nun səhmdarları arasında məşhur Oromi qardaşları da var ki, bu ailə də zamanında "VikiLiks" təşkilatının açıqladığı məxfi sənədlərdə İran kəşfiyyatına bağlı bir şəbəkə kimi təqdim olunmuşdu.

Geri qayıt