Əsas Səhifə > Ölkə, Manşet > Sabirabadda "Bank Respublika"nın müdiri ittiham olunur...

Sabirabadda "Bank Respublika"nın müdiri ittiham olunur...


24-08-2015, 11:37
Sabirabadda "Bank Respublika"nın müdiri ittiham olunur...
DİA.AZ: - Bir neçə gün əvvəl "Bank Respublika"nın Sabirabad rayon filialının müdiri Emin Orucova yönəlik ittihamlarla dolu məqaləni dia-az.life olaraq diqqətinizə təqdim etmişdik. Bu gün isə DİA.AZ-a Ülkər Cəlilovanın adından yeni məqalə göndərilib. Həmin məqalədə deyilir:

""Azərbaycan Respublikasının prezidenti dəfələrlə öz çıxışında korrupsianer məmurlara barmaq silkələmiş, açıq kondeksdə onlardan qanunsuzluqlara və korrupsiyaya son qoymağı tələb etmişdir. Azərbaycanın dövlət kimi imicinə xələl gətirən, prezidentin tapşırıqlarına məhəl qoymayan, vətəndaşları ölkə rəhbərindən narazı salan məmurlardan biri də "Bank Respublika" ASC-nin Sabirabad filialının müdiri Emin Orucovdur.
Belə ki 2014 cü ildən Bankın Sabirabad filialına Rəhbərlik edən bu şəxs bir sözlə vətəndaşlara divan tutur.
Bir çoxlarının adına kredit rəsmiləşdirib özünə götürdükdən sonra onlardan bu pulları ödəməyi tələb edir.

Sabirabad Rayon Prokurorunun qohumu olduğunu və ona güvəndiyini deyən bu şəxsin gördüyü korrupsioner işlər barədə bir neçə dəfə rəsmi orqanlara şikayət ünvanlansa da, görünür "havadarı" tərəfindən möhkəm müdafiə olunur.
Qeyd edim ki bankın bu filialı saxta əmək haqqı arayışı ilə kreditlər buraxmaqda məşhurdur.

Belə ki, bankın Sabirabad filialında Sabirabad rayon peşə lisseyi, Sabirabad Meliorasiya İdarəsi, Sabirabad kommunal müəssisələr kombinatı, Təsərrüfat Hesablı Ticarət birliyi və Sabirabad rayon Sanitar təmizlik sahələri adlı müəssisələrdən daxil olan və onlar əsasında buraxılan kreditlər üzrə əmək haqqı almasə barədə bütün arayışlar saxtadır.

Dəfələrlə rəsmi qurumlara və orqanlara olunan müraciətlərə baxmayaraq bankda özbaşınalıq davam etməkdədir. Bu Emin Orucovu azca taniyan bir şəxs bu banka addımını belə atmır.
Bunu bankın müştərilərinin Emin Orucovun rəhbərliyi dövründə kəskin surətdə azalması ilə müəyyən etmək olar. Demək olar ki hazırda bu banka Sabirabadda ayaq qoyan bir şəxs yoxdur.
Bütün bunlara baxmayaraq görünür Emin Orucovun möhkəm "krışa"sı var. Əks halda bankın sahibləri ou niyə orda saxlasınlar?

Bu şəxs Sabirabad Rayon Qaralar kənd orta məktəbinin direktoru Babaşov Babaş adlı şəxsin adına 10 min bir, üç min bir, altı yüz manat bir kredir rəsmiləşdirərək üç minini özünə görürmüş və indi də ödəməkdəm imtina edir.
Bundan əlavə həmin kreditlər verilərkən Babaşov Babaşın adında Kapital bankda 6000 manat kredit öhdəliyi olmuşdur. 300 manat əmək haqqı olan müəllimə 20.000 manat məbləğində kredit verən müdirin əıbətdə hansısa marağa görə bunu etməsi açıq aşkar görünür.
Bank Respublikadan verilən 3000 kredit emin orucova bank tərəfindən ayrılan limit əsasında verilimişdir.
Bu qanunsuz fəaliyyətdən bir kitab bele yazmaq olar. Amma mə fayda? Səsimizə səs verən tapılacaqmı?"

Daha sonra məqalə müəllifi dia-az.life-a göndərisində bildirir ki, bu məsələlərlə bağlı naş prokurora müraciət ediblər: "6 nəfər adından cənab baş prokurora müraciət ünvanlamışıq"...

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt