Əsas Səhifə > Ölkə, Manşet > İranda Azərbaycan türkünə kölə rəftarı davam edir...

İranda Azərbaycan türkünə kölə rəftarı davam edir...


31-08-2015, 11:21
İranda Azərbaycan türkünə kölə rəftarı davam edir...
DİA.AZ: - Sovetlər Birliyinin çöküşündən sonra Azərbaycanın Quzeyi azad olsa da, Güneyi fars işğalı altında hələ də gününü sürməkdədir və bu gün İrandakı fars-molla rejimi nəhayətdə Azərbaycanın birləşəcəyini göz önünə aldığından Güney Azərbaycanda ciddi təbliğat işləri sürdürür.

DİA.AZ xəbər verir ki, eynən SSRİ çağlarında Azərbaycanın Quzeyində rus işğalı az qala "Azərbaycanın azad olunması" kimi necə təbliğ olunurdusa, bu gün də İranda fars-molla rejimi Azərbaycan türkünün dilinin sıxışdırılmasını da guya ki, Azərbaycan türklərinin inkişafının tərkib hissəsi kimi qələmə verməyə çalışırlar. Bu əsnada isə molla rejiminin işinə yarayanlar öz dədə-babasını unudan özümüzünkülər olur.

DİA.AZ olaraq İran KİV-lərinə istinadən təqdim edəcəyimiz aşağıdakı material da dediklərimizin əyani sübutu kimi qəbul oluna bilər:

"Mühəqqiq Ərdəbili universitetində Fars dilinin rəvac verilməsinə aid beynəlxalq konfrans keçirilmişdir.
Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən ayətüllah seyid Həsən Amili dünən Mühəqqiq Ərdəbili universitetində keçirilən Fars dili və ədəbiyyatının rəvac verilməsinə dair beynəlxalq konfransın bağlanış mərasimində demişdir: Fars dilinin irfan ədəbiyyatı ilə dünyanı almaq olar. Bu dil irfan və məzmun baxımından öz qlobal borcunu ödəməmişdir.

O, Fars dilinin irfan ədəbiyyatının dünyaya tanıtdırılmamasından təəssüfünü bildirərək bu sahədəki səhlənkarlığı mədəni və kimlik böhranı adlandırmışdır. O bildirmişdir: kimlik böhranının əsas elementi olan tətbiqi sahədəki səhv Fars dili və ədəbiyyatında kulminasiya həddinə çatmışdır.
İnsanın özü haqqındakı az məlunatı və “mən” haqqındakı çatışmaz konsepsiyası onu səhvə uğratmışdır. Ərdəbil imamcüməsi sözlərini davam etdirmişdir: Mən sözündən düzgün tərif insanın öz varlığının atılması, onlardan vaz keçilməsi ilə başlanır. Belə bir məqamda ədəbi və irfan sözləri mənalanır. Doktor Amili demişdir: Amerika və hər hansı başqa bir ölkə Şəbüstəri və digər ariflər kimi şəxsiyyətə malik olsaydı dünyada hay-küy salardı.
Biz isə belə bir irfan və ədəb bulaqlarını tanıtdırmaqda heç iş görməmişik.
Ərdəbil Azəri və Fars dillrinin beşiyidir
Fars dili və ədəbiyyatının rəvac verilməsinə dair X beynəlxalq konfransının elmi katibi demişdir: Ərdəbilin Fars ədəbiyyatı və xüsusilə İranın Aşura ədəbiyyatındakı rolu tədqiqatlar obyekti olmalıdır. Doktor Xudabəxş Əsədüllahi konfransın kənarında Azərbaycanın Fars dili və ədəbiyyatının yayılmasındakı roluna işarə edərək artırmışdır: Azərbaycan regionu, xüsusilə Təbriz və Ərdəbil Fars dili və ədəbiyyatını yaymaqda İranın digər böyük şəhərlərinin önündə gedir.

O, Saib Təbrizi, Pərvin Etisami, Şəhriyar və digər Təbriz ədəbiyyatçılarının roluna işarə edərək demişdir: hətta Nasir Xosrov kimi bir ədib Azərbaycanın Qətran Təbrizi kimi böyük şairləri ilə əlaqəsi olub və onları Fars dilində şeyir yazdıqlarına görə alqışlamışdır. Bunlar tarix baxımından möhkəm faktlardır. Ədəbiyyat ustadı Ərdəbilin İranın Aşura ədəbiyyatındakı xüsusi rolunu vurğulayaraq bu rolun layiqli dərəcədə öyrənilməməsini tənqid etmişdir.
Əsədüllahi xatırlatmışdır ki, Fars dili və ədbiyyatının rəvacına dair X konfransa verilən məqalələrin müəyyən hissəsi Ərdəbilin Aşura ədəbiyyatındakı roluna həsr edilmişdir. Konfransın elmi katibi yerli ədəbiyyatın əhəmiyyətinə işarə edərək demişdir: Fars dilinə aid böyük əsərlərin müəyyən hissəsi folklordan qidalanmışdır.

Mövlana və Hafiz kimi böyük şairlər, Eynülqüzzat Həmədani və Əttar kimi böyük arif və yazıçıların əsərləri göstərir ki, onlar həm Fars dilinin ümumi özəlliklərindən, həm də öz yerli ədəbiyyatlarından istifadə etmişlər. Qeyd etmək lazımdır ki, bu mərasimdə Azərbaycan respublikası universitetlərinin Fars filologiyası üzrə dörd nəfət mütəxəssisi doktor Lalə Əlizadə, doktor Könül Haciyeva, doktor mahirə Quliyeva və doktor Təhminə Bədəlova iştirak etmişdilər"

DİA.AZ-dan: Allah bütün Güney Azərbaycan türklərinin qapısını tezliklə açsın... AMİN!

Geri qayıt