Əsas Səhifə > Ölkə, Manşet > Qarabağ əlili Fazil Məmmədovdan niyə şikayətçi düşdü?

Qarabağ əlili Fazil Məmmədovdan niyə şikayətçi düşdü?


21-09-2015, 10:24
Qarabağ əlili Fazil Məmmədovdan niyə şikayətçi düşdü?
Bərdə rayonunun Kafarlı kənd sakini, 1-ci qrup Qarabağ əlili Şahlar Məmmədov prezident İlham Əliyevə müraciət edib. Müraciətin bir surətini də İstiqlal.az-a göndərən Şahlar Məmmədov Vergilər Nazirliyindən şikayətçidir. Qarabağ əlili yazır:

"Cənab Prezident, mən Rusiyaya meyvə-tərəvəz aparıb satmışam və arxayın olmuşam ki, qanunlanmıza və Sizin verdiyiniz fərmana əsasən kənd təsərrüfatı məhsullannın ixracına vergi və rüsum yoxdur. Vergi qanunvericiliyinə görə kənd təsərrüfatı məhsullan ixrac olunarkən vergi və rüsumların alınmasını gömrük orqanlan həyata keçirir. Bundan başqa Rusiyada gedən iqtisadi böhran səbəbindən qazanc əldə edə bilmədim. Ancaq Vergilər Nazirliyi qanunsuz olaraq mənə vergi hesablayıb. Analoji hesablama ilə məndən malın maya dəyərini istəyirlər. Vergi çinovnikləri müxtəlif oyunlara girirlər. Deyirlər ki, yüksək rütbəli məmurlann çoxlu sayda iri obyektlərindən vergi ala bilmirik, Prezidentimiz də bizdən vergi yığmağı tələb edir, məcburuq ki, milyonlarla vergini Sizlərin "belinə" yazaq».

Mən 1-ci qrup Qarabağ əliliyəm, 3 uşaq atasıyam, 1 uşağım da şəkərdi. Çalışırdım ki, müalicəmiz üçün pul qazanım, alınmadı. Bir tərəfdən də Vergilər Nazirliyi məni hədələyir ki, 5 il müddətində azadlıqdan məhrum olubacaqsan. Artıq biri Qarabağ əlili (Bayramov Fərrux Temir oğlu) olmaqla 3 nəfərə 4 il həbs cəzası verilib.

Möhtərəm Prezident Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu haqsızlığın qarşısını alasınız. Dəfələrlə Sizə müraciət etmişik, ancaq səsimiz sizə çatmır. Əlacımız budur ki, piket keçirək ki, şikayətimiz Sizə çatsın".

Geri qayıt