Əsas Səhifə > Ölkə, Manşet > "MTN işi" daha bir nazirliyi ağuşuna ala bilər...
"MTN işi" daha bir nazirliyi ağuşuna ala bilər...30-10-2015, 10:15 |
DİA.AZ: - Məlum olduğu kimi, hazırda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ifşa olunan çetesinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki "qanadı"nın fəaliyyəti ciddi şəkildə araşdırılır ki, bunun da nəticəsində ona yaxın yetkili işini ititrib, həbs olunanlar belə var. Bu gün yayılan xəbərlərdən aydın oldu ki, hətta nazir Əli Abbasovun özünü belə istintaq dindirib. DİA.AZ-a verilən xəbərlərə görə, hazırda daha bir nazirliyin adının "MTN işi"nə bulaşması səbəbindən təftişi gözlənilir. Məlumatlı mənbəyə görə, konkret olaraq səhiyyə nazirinin müavini Elsevər Ağayev Eldar Mahmudovun əsas biznes-partyorlarından biri kimi diqqətə gəlib. Mənbə dia-az.life-a bildirir ki, keçmiş MTN şefinin gizli dərman bazarında əsas dayağı hesab olunan Elsevər Ağayevin bu yöndəki fəaliyyəti araşdırılır və yaxın vaxtlarda onunla bağlı da konkret qərarlar verilə bilər. Əlavə bilgilərimiz olacaq... Geri qayıt |