Əsas Səhifə > Ölkə, Manşet > "Kompensasiya barədə deyilənlər nağıldır"

"Kompensasiya barədə deyilənlər nağıldır"


14-12-2015, 09:53
"Kompensasiya barədə deyilənlər nağıldır"
DİA.AZ: - Xatırladaq ki, keçən günlərdə "Azəriqaz"ın Bakıdakı qaz idarələrinin ləğv edilməsi nəticəsində xeyli əməkdaşın işsiz qalma məsələsi gündəmə gəldiyi xəbərini vermişdik. Qeyd edək ki, artıq qaz idarələrinin əməkdaşlarından işdən çıxmaqla bağlı ərizələrin alınmasına başlanılıb. İşçilərə bildirilib ki, yanvar ayının ortasına qədər işdənçıxarılma prosesi tam yekunlaşacaq.

Bununla bağlı rəsmi açıqlamalarda deyilir ki, hazırda Bakı Regional Satış və Bakı Regional İstismar Departamentinin formalaşdırılması prosesi gedir: "Odur ki, idarələrdən işdən çıxarılan işçilərin bu depertamentlərə transferi həyata keçirilir. Həmçinin təkmilləşdirmə kurslarına cəlb ediləcək, eləcə də digər idarələrdə işə götürüləcək şəxsləri nəzərə alsaq, işsiz qalanların sayının az olacağı ehtimal olunur".

Qeyd edək ki, "Azəriqaz"ın idarələrində işdən çıxarılan şəxslərin hər birinə əmək haqqlarının 5 misli miqdarında kompensasiya veriləcək.

DİA.AZ-a bununla bağlı müraciət edən bir qrup "Azəriqaz" əməkdaşı isə rəsmi qaynaqların dediklərini inkar edirlər. Onlar bildirir ki, yanvar ayının 1-ə qədər iş başındadırlar:

"Amma yanvardan sonra özümüzə iş tapmalıyıq. Kompensasiya barədə deyilənlər də nağıldır. Elə şey yoxdur. Sadəcə olaraq iki aylıq əməkhaqqımızı verəcəkləriniu deyiblər. O da hələ maaş kartlarımıza köçməyib.

Yeni iş yerləri də nağıldır. Ən azından 500-ə yaxın işçi işsiz qalacaq. Əksəriyyət özünə şəxsən iş axtarır. Kimsəyə təklif gəlməyib. Sadəcə pulu olanlar, hazırda rəhbər vəzifədə olanlar başqa rəhbər yerlərə "təyinat" alırlar ki, bunun da qiyməti var. Hər zaman olduğu kimi".

Narazı "Azəriqaz" əməkdaşı dia-az.life-a onu da bildirdi ki, bu prosesin səsi bir aya çıxacaq: "Hələlik hamı işindədir. İş bağlanandan sonra, pul da verilməyəndə səs-küy qalxacaq".

Geri qayıt