Əsas Səhifə > Ölkə, Manşet > Bakıda İŞİD-çilərin obyektinin olduğu deyilir...

Bakıda İŞİD-çilərin obyektinin olduğu deyilir...


22-12-2015, 10:42
Bakıda İŞİD-çilərin obyektinin olduğu deyilir...
Bir müddət əvvəl Dubayda İŞİD-çilərə qoşulan keçmiş polis kapitanı, Bakı şəhər BPİ-nin əməliyyat müvəkkili İlqar Hüseynovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatdan bəlli olur ki, İlqar Hüseynov Bakı şəhər BPİ-nin keçmiş rəis muavini Cavadağa Sultanovun baldızı oğludur. Cavadağa Sultanov 2005-ci ildə Bakı şəhərini tərk etdikdən sonra, İlqar Hüseynov da onunla birlikdə ölkəni tərk edərək Dubayda məskunlaşır. İlqar Hüseynov Dubayda İŞİD-in sıralarına qoşulandan sonra, Bakıya qayıdaraq, Tbilisi prospektində yerləşən İST yanacaqdoldurma məntəqəsinin içində “Fast Food” açır. İST-də açdığı “Fast Food” da başına bir dəstə adam yığaraq, onları da İŞİD-ə qoşulmağa vadar edir. O, burada təbliğatla məşğul olaraq öz əhatəsini genişləndirməyə çalışır. Məlumat üçün bildirək ki, İST-yanacaqdoldurma məntəqələri vaxtı ilə kriminal avtoritet sayılan Lotu Bəxtiyardan Xüsusi İdarənin keçmiş rəisi Elman Qəmbərovun kurasiyasına keçib.

Sonradan Elman Qəmbərov tutduğu vəzifədən azad olunan kimi, İST-in sahibləri özlərinə yeni “krışa” axtarmalı olurlar. Bir müddət bu şirkətin “krışa”sı maşın alverçisi Dəmirin vasitəsi ilə Eldar Mahmudov sayılırdı.

Çox güman ki, elə o vaxtkı MTN-nin rəhbərliyinin tapşırığı ilə İST-in sahibləri İŞİD-in fəal üzvü olan İlqar Hüseynov üçün öz yanacaqdoldurma məntəqələrində şərait yaradırlar. Əldə etdiyimiz məlumata görə, Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsində “Fast Food” bu günə qədər də İST-in rəhbərliyi tərəfindən İlqar Hüseynova icarəyə verilib. Məlumat üçün bildirək ki, yanacaqdoldurma məntəqəsində yerləşən həmin “Fast Food” da bir müddət əvvəl yanğın baş vermişdi. Elə o zaman da, həmin “Fast Food” İlqar Hüseynov tərəfindən idarə olunurdu. Araşdırmamız davam edir, bizi izləyin.

Geri qayıt