Əsas Səhifə > Ölkə, Güney Press, Manşet > Hansı icra başçılarının kürsüsü oynaqdır...
Hansı icra başçılarının kürsüsü oynaqdır...8-01-2016, 14:02 |
DİA.AZ: - Dünən xəbər verərək bildirdik ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin vəzifəsindən azad olunması gözlənilir. DİA.AZ-ın xəbərində həmçinin o da qeyd olunurdu ki, daha 3 rayonun rəhbərinin tutduqları postlardan azad olunmaları gözlənilir. Bununla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Məlumatlı mənbənin dia-az.life-a bildirdiyinə görə, artıq başçıları dəyişəcək digər 3 rayonun da adı müəyyən mənada dəqiqləşib. Mənbənin söylədikləri: "Hələlik tam dəqiq olmasa da, Ağsu, Qazax və Qusar RİH başçılarının dəyişəcəyi gözlənilir". Mənbə dia-az.life-a açıqlamasında həmçinin Daşkəsən, Gədəbəy, Astara və Tovuz rayonlarının da rəhbərlərinin kürsülərinin oynaq olduğunu bildirib. Geri qayıt |