Əsas Səhifə > Ölkə, Manşet > Azərbaycanın Rusiya iqtidarındakı dostu kim imiş?

Azərbaycanın Rusiya iqtidarındakı dostu kim imiş?


13-01-2016, 09:38
Azərbaycanın Rusiya iqtidarındakı dostu kim imiş?
DİA.AZ: - Bu günlərdə KİV-lərdə belə bir informasiya yayıldı ki, rəsmi Moskva Ermənistan iqtidarı qarşısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra tələblərini qoyub. Xəbərlərdən aydın olurdu ki, Kremlkeçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ətrafında yerləşən işğal olunmuş 7 rayonun Azərbaycana qaytarılmasının vacibliyini rəsmi İrəvanın diqqətinə çatdırıb.

Onu da bildirək ki, son zamanlar Rusiya ilə Azərbaycanın münasibətlərində yaranmış və bu günə kimi müşahidə olunmayan yaxınlıq fonunda belə bir məlumatların da ictimailəşdirilməsi kifayət qədər inandırıcılıq payına malikdir. Elə bunu Qərb mediasının da qeyd olunan msələyə münasibətinin fərqliliyindən də sezmək mümkündür.

Eyni zamanda Kremlin məlum çabaları fonunda Qarabağ münaqişəsinin həlli prosesindən kənarda qalmaması üçün yenidən aktivləşdiyi görüntüsünü yaradan Qərbin münaqişənin nizamlanmasındakı əsas rıçağı olan ATƏT-in Minsk Qrupunun yenidən Londonda müzakirə açma təşəbbüsləri məsələnin kifayət qədər ciddi məcrada cərəyan etdiyinin görüntüsüdür.

DİA.AZ bildirir ki, ən azından mövcud situasiyanı aşağıdakı kimi dəyərləndirmək olar: Qərb dairələri hətta konkret addım atmasa belə, Rusiyanın münaqişənin həllindəki aktivliyindən narahatdır və bu baxımdan hazırki status-kvo istənilən halda dəyişə bilər.

Bununla yanaşı, bu arada Qərb KİV-ləri maraqlı bir iddianı da səsləndiriblər. DİA.AZ bildirir ki, onların iddialarına görə, bu gün Kremlin Azərbaycanla münasibətlərinin hədsiz yaxınlaşmasında mühüm rol oynayan bir fiqur var.

Azərbaycanın Rusiya iqtidarındakı dostu kim imiş?

Bu barədə yazılır: «Həmin şəxs Rusiyanın prezidenti olmuş və hazırda Rusiya hakimiyyətində önəmli fiqur olan baş nazir Dmitriy Medvedyevdir».

Bu barədə yazan Qərb KİV-ləri iddia edirlər ki, Azərbaycan prezidenti İlham Əliyevlə dostluq münasibətləri olan Medvedyevin bu əlaqələri ilə bağlı hələ zamanında məşhur «VikiLiks» Təşkilatının açıqladığı məxfi sənədlərdə də müəyyən bilgilər paylaşılmışdı.

Geri qayıt