Təshil siztemində Mikayıl Cabbarovu məğlub edən BÖYÜK GÜC
Tarix: 10-01-2014, 15:11 | Çap et
DİA.AZ: - Nazir postuna keçdikdən sonra özünü “islahatçı rəhbər” kimi təqdim etməyə çalışsa da, bu, sonradan təhsil naziri Mikayıl Cabbarovda alınmadı. Səbəbsə yeni nazirin köhnədən qalma və bu günə kimi də təhsil sistemini iflic vəziyyətinə salan mafiozlaşmış şəbəkə qarşısında acizliyinin təzahürü idi. Mikayıl Cabbarov nəinki mafiozlaşmış şəbəkənin qarşısında ağ bayraq qaldırdı, hətt bu gün həmin şəbəkənin nəzarəti altında belə fəaliyyət göstərdiyini sübutlayan yetərincə məqamlar var. Hər halda, əgər bu gün təhsil naziri Mikayıl Cabbarov vətəndaşlar üçün əlçatmaz olubsa, əgər onunla görüşmək üçün az qala “Çin səddi” kimi bir maneəni aşmaq zorunda qalırsansa, deməli, Mikayıl Cabbarov təslim olub.
Halbuki o, nazir postuna təyin olunduğu ilk günlərdə hətta “Facebook”da belə əl çatan bir məmur kimi diqqətə gəlirdi. Indi o da digər nazirlər kimi xalqla arasında uçurum yaratmağa girişib ki, bu da onun xalqa doğru gəlməsinin yox, xalqdan aralaşmasının sübutudur. Bəli, cənab gənc nazirimiz, acı da olsa, şirin də olsa, bu bir faktdır. Sizin timsalınızda bu gün təhsildə nöyük dəyişikliklərə ümid edən milyonlarla vətəndaş həm də bir ümid yeri itirdi. Maləsəf...
DİA.AZ olaraq Mikayıl Cabbarovu xalqdan uzaqlaşdıran “körpülər”lə bağlı məlumatlandırmaq qərarına gəldik. Norçalda körpü birləşdirici keyfiyyəti daşısa da, Maləsəf bu gün Misir Mərdanovdan qalma köhnə heyət Mikayıl Cabbarovu ayıran bir qüvvə rolunu oynayır. Bu isə tədrici olaraq yeni nazirin köhnə heyətə “əxz olunması” anlamına gəlir. Mikayıl Cabbarov günü gündən onlardan birinə çevrilir.
Həmin şəxslərdən – bu gün Misir Mərdanovdan qalan, həm də Mikayıl Cabbarovun başbəlası kimi qəbul edilən məmurlardan biri də Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovdur. Bəli Misir Mərdanovun dövründən üzü bu yana təhsil sistemində kadr siyasəti məhs bu adamın əli ilə, rəhbərliyi altında həyata keçirilir. Nə yaxşı ki, nazir təyinatları zamanı Fərzəli Qədirovun iştirakı olmur və nə yaxşı ki, Fərzəli Qədirov daha böyük səlahiyyətlərə malik deyil...
Təhsil Nazirliyində işə götürmə, işdən çıxarma və bu qəbildən olan digər mühim işlərin məhz Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin üzərində olduğunu vurğulayan mənbənin DİA.AZ-a bildirdiyinə görə, həmin şöbənin müdiri Fərzəli Qədirov müəllim kimi işə qəbulu inhisarına alıb: «O, bu işlərdən heç də az "qazanmır”. Şöbənin müdirinin müəyyən etdiyi «tarif»lər şəhərlər və rayonlar üzrə dəyişir. Məsələn, Bakıdakı orta məktəbdə işə düzəlmək istəyən müəllimdən çox nəsə alına bilər. Düzdür, bunun üçün işə qəbul olmaq istəyən şəxs mütləq vakant yerlərə imtahanda iştirak etməlidir. Lakin bu, tamamilə formal xarakter daşıyır və bu yolla kimlərinsə gözündən pərdə asmağa çalışırlar». Məlumatlı şəxs iddia edir ki, paytaxtda müəllim olmağın əvəzi mərkəzdən kənarlara doğru aşağı düşür: «Məsələn, əgər şəhərin mərkəzindəki orta məktəbdə işləmək istəyən şəxs varsa, bunun üçün 15-dən 50-yə qədər xərcə düşə bilər. Amma eyni işi Hövsan və ya Əhmədlidə istəmək 8- dən başlayıb 15-ə qədər yüksələ bilər. Fərzəli Qədirovun isə bu işdə əsas şəriki Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin sektor müdiri Zöhrab Kəlbəliyevdir. Kəlbəliyevin əsas missiyası həm «müştəri» tapmaq, həm də onları alaraq ünvanına çatdırmaqdır. Təbii ki, bunun müqabilində onun da payı var. Rayonlarda isə bədəl dəyişkəndir. Əvvəla həmin rayonun dağlıq və ya aran olması şərtdir».
Fərzəli Qədirov barəsində təhsil naziri Mikayıl Cabbarova bir neçə dəfə şikayət olunduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, nədənsə nazir hələ ki, şöbə müdirilə bağlı müvafiq tədbir görməkdə maraqlı deyil və yaxud da çarəsiz olduğunu bildiyindən susmaqla kifayətlənir: «Çünki Fərzəli Qədirovun müəyyən dairələrdə sığındığı məmurlar var.
Onun yaxın adamları da hazırda bir neçə rayonda təhsil şöbəsinin müdiri vəzifəsində çalışır. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri xüsusən cənub bölgəsini tam nəzarəti altına alıb. Fərzəli Qədirov dostlarına deyir ki, mənim adamım yuxarıdadır. Yəqin elə buna görədir ki, Mikayıl Cabbarov ona toxuna bilmir. Belə ki, Mikayıl Cabbarov Fərzəli Qədirovu işdən çıxarmaq üçün bir neçə dəfə cəhdlər etsə də, hər dəfəsində yuxarıdan gələn təpkilərin qarşısında aciz qalıb. Fərzəli Qədirovun indiyədək işdə qalmasının bir başqa səbəbi isə nəzarətində olan təhsil şöbələrinə istənilən diqtəni edə bilməsidir».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Araşdırmalarımız usə davam edir... Bir-bir “körpüləri” ortaya çıxaracağıq. Birləşdirən yox, ayıran “körpüləri”...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
|