Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                     Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” .....                     Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır .....                     Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb .....                     BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... .....                     Lalə Şövkət siyasətə .....                     "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" .....                     Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında .....                     "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" .....                     Rus ordusu Donetskdə irəliləyib .....                     Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər .....                     Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ .....                     Naxçıvan rəhbərliyinin “B” planı .....                     Zəngəzura nəzarət belə olacaq .....                 

Rusiyanın indiki durumdan iki çıxış yolu var
Tarix: 16-11-2016, 09:03 | Çap et
Rusiyanın indiki durumdan iki çıxış yolu var
“RBK” portalı Postsənaye cəmiyyətlərinin öyrənilməsi Mərkəzinin direktoru Vladislav Inozemtsev-in Rusiyada korrupsiya və onun fəsadları barədə məqaləsini dərc edib.

Müəllif yazır ki, korrupsiya geniş məfhumdur. Ancaq onun əsas cəhəti qaydaların seçkili tətbiqidir. Yəni, məsələn, sizə bir obyekti tikməyə icazə vermirdilərsə, lazımi adamları "gördükdən" sonra bu icazəni verirlər, yaxud tenderlə bağlanmalı olan dövlət kontraktını şirkətiniz tendersiz alır və s.

Beləliklə, hüquqi və əxlaqi baxımdan vahid sayılan anlayış iqtisadi baxımdan ikiyə parçalanır.

RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA

“Adi rüşvətxorluq” dediyimiz aşağı səviyyəli korrupsiyanın iştirakçıları polis, yerli məmurlar, müfəttişlər və s. dövlət qulluqçularıdır. Onlar topladıqları vəsaiti sonradan maşınlara, qiymətli əşyalara, ev və torpaq sahələrinə, uşaqlarının xaricdəki təhsilinə xərcləyirlər. Araşdırmalar göstərir ki, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ÜDM-in 3–5%-i məhz bu yolla yenidən paylanır.

Digər tərəfdən, artıq “adi rüşvətxorluq” adlandıra bilməyəcəyimiz irimiqyaslı korrupsiya var. Bu, yüksək rütbəli məmurların analoji hərəkətləridir. Burada mənimsənilən vəsaitlərin miqyası dəfələrlə çoxdur. Üstəlik, bu vəsaitlər və onlarla bağlı fəaliyyət ölkənin sərhədləri xaricinə çıxır. Gəlirlər o qədər böyükdür ki, onları ölkə sərhədləri daxilində yatırmaq təhlükəsiz deyil. «Panama sənədləri», оfşor şirkətlər, xarici hesablar və daşınmaz əmlak da buradan qaynaqlanır. Korrupsiyanın bu növü qat-qat daha təhlükəlidir: o, ölkəni talayır, yoxsullaşdırır və vəsaitlərin mənasız israfına yol açmaqla ən yüksək səviyyədə idarəetmənin məntiqini təhrif edir.

Rusiyanın unikallığı korrupsiyanın miqyasında deyil, korrupsion vəsaitlərin dövriyyəsinin leqal görünməsindədir. Bu zaman qanunlar pozulmur. Çünki bu qanunların özünü də bilərəkdən zənginləşənlərin xeyrinə qəbul edirlər. YUKOS-un işini yadımıza salaq: "Yuqansknefteqaz" şirkətinin üzərində ölkə tarixində ən böyük vergi borcu var idi. Ancaq "Rosneft" bu şirkəti alanda o, məhkəmə qərarından şikayət etdi və qərar ləğv edildi.

RUSİYA QANUNLARI

Rusiya qanunlarına görə, baş nazirin müavini oliqarxa 5 milyon dollar kredit verib beş ildən sonra ondan 119 milyon dollar ala bilər. Qubernatorların qohumlarına məxsus şirkətlər büdcə kontraktlarını qanuni şəkildə alırlar. Bu insanların heç birinə korrupsiya ittihamı irəli sürülmür. Onlar əmindirlər ki, bu qanunidir. Ona görə də Duma heç zaman Konstitusiyanın 20-ci maddəsini (məmurların qeyri-qanuni varlanmasına görə cəzalanmaya dair) təsdiqləməyəcək.

Məmurların xalqın hesabına sistematik və daimi varlanması bu gün Rusiyadakı siyasi rejimin mahiyyətidir. Ona görə də, bu sistemin «boltları» həbs olunduqları zaman haqlı olaraq inciyirlər. O yerdə ki, hakimiyyət demokratiya və hüquqlara fokuslanıb, biz Avropa və Amerika modellərini görürük. O yerdə ki, hökumətin prioriteti texnologiya bazarıdır, biz Çin və neft əmirliklərinin inkişaf yollarını görürük. Rusiyada isə hakim dairələrin əsas məqsədi şəxsi varlanmadır. Ona görə də, ölkədə hər hansı inkişaf nəzərə çarpmır.

BƏS BU SİSTEMİN SONU NƏ ZAMAN ÇATACAQ?

Rusiyada yaradılmış sistem iki cəhəti ilə seçilir. Birincisi, o, heç bir yeni məhsul, yaxud xidmət istehsal etmir və dünyaya heç bir innovasiya təklif etmir. O, renta gəlirlərinin daimi axını hesabına yaşayır. Bu gəlirlərsə dayanmadan artmalıdır. Müəyyən vaxta qədər onlar doğrudan da artıb: 2000-2004-cü illərdə neft satışından gəlir 1999-cu illə müqayisədə ildə 33,5 milyard dollardan artıq idi. 2005–2008-ci illərdə bu göstərici ildə 223,6 milyard , 2011–2013-cü illərdə isə ildə 394 milyard dollar idi. Ancaq bu artım dayananda sistem onu nə ilə əvəzləyəcəyini bilmir. Bu gün təbii ehtiyatlardan gələn gəlirlərin xərclənməsindən başqa heç bir yeni çıxış yolu təklif olunmayıb. Ehtiyatlar bitəndən sonra hakimiyyətin fantaziyasını görmək maraqlı olardı. Ancaq həm də hökumət vətəndaşların gəlirlərini və sosial proqramları məhdudlaşdırmağa cəsarət etmir. Onların fikrincə, nə qədər ki, pul var, "xalqın susqunluğunu" təmin etmək gərəkir.

İkincisi isə, ölkənin iqtisadi sisteminin qeyri-effektivliyidir. Ölkənin sərvətlərinə "çıxış" və imkanları birbaşa ölkənin rəhbərliyinə "sədaqət" prinsipi ilə düz mütənasib idi. Özü də, sədaqət meyarları müəyyən edilirdi, ancaq mənimsənilən vəsaitlərin həcmi yox. Sonucda, mənimsənilən hissənin həcmi dayanmadan böyüyür, bəzi hallarda hətta 50%-ə çatırdı. Maraqlıdır ki, 2013-cü ildə yol tikintisinin dəfələrlə maliyyələşdirilməsinə baxmayaraq, ölkədə 2000-ci ildəkindən 2,5 dəfə az yeni yol çəkilib. Ancaq Moskva küçələrinin daş döşəməsini son illərdə üç dəfə dəyişiblər. Hələlik, hakimiyyətlə xalq arasında «ictimai saziş» mövcud sistemi dəstəkləyir.

ÖZÜNÜMƏHVİN QARŞISINI ALMAQ

Başqa sözlə, bütün digər norma və prinsipləri rədd edərək, məmur elitanın hər cür varlanmasını özünün əsas prinsipinə çevirmiş sistem bu gün maraqlı vəziyyətlə üz-üzədir: həmin varlanma dövlət və xalqın qarşısındakı hər hansı vacib məsələlərin həlli imkanını çıxdaş edir. Müəllif hesab edir ki, son aylarda gördüyümüz «korrupsiya» işləri təkcə sistemin daxilindəki fərqli klanlar arasında mübarizə deyil, həm də özünüməhvin qarşısını almaq cəhdidir. Ola bilsin ki, prezident və ətrafı hələ də vicdanlı bürokratların («texnokratların») talançıları hakimiyyətdən sıxışdırıb çıxaracağına inanır. Siyasi və inzibati elitanın daxilində kiçilməkdə olan «piroqun» bölünməsi uğrunda mübarizə kəskinləşəcək. Özü də bu müddətdə dövlətin get-gedə daha çox vəzifəsi yerinə yetirilməmiş qalacaq. Sistemin bunun öhdəsindən gəlib-gəlməyəcəyi isə bəlli deyil.

Yaranmış durumdan iki çıxış yolu var: Birincisi, imperiya iddialarından əl çəkərək Rusiyanı normal ölkə saymaq və sakitcə onun sərvətlərini talamağa davam etməkdir. Bu zaman sistemin ömrü xeyli uzana bilər. Bir də, əksinə, bütün dünyaya qarşı xəyali müharibəyə atılmaq, virtual layihələrə ayrılan real pulları bu yolda xərcləyib bitirmək, axırda da "qazanılmış" milyardların yatırıldığı yerlərə köçüb gözdən itmək olar. Ancaq hansı ssenarinin reallaşacağını bilmirik. Çünki Rusiyada yaranmış bu qrotesk sistem son yarım əsrdə inkişaf etmiş ölkələrin heç birində mövcud olmayıb. Ona görə də bizə, sadəcə, bu eksperimentin nə ilə bitəcəyini gözləmək qalır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06
Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04
Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58
Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53
Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51
Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49
Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru