COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? .....                     Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... .....                     Dərmanları ucuz ala bilərik: .....                     "Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" .....                     Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı .....                     Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib .....                     Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? .....                     Şoyqu gözlənilmədən bu ölkəyə uçdu .....                     “Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi .....                     Ermənistandan İsrailə etiraz: .....                     Gürcüstanda səsvermə bitib, seçki yox .....                     Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı .....                     Xalq artistinə qəribə ad günü təbriki .....                     Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... .....                     Qərb Gürcüstandakı nəticələri... .....                     Tramp qalib gələrsə... .....                     Qurban Qurbanovu istefaya çağıran kimlərdir? .....                     TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... .....                     “Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” .....                     Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür .....                     “Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir .....                     İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər .....                     "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? .....                     "Respublikanski"dən eşidilən korrupsiya səsləri... .....                     Putin müharibə üsulunu dəyişəcək .....                     ADAU-da əczaçılıq-məczaçılıq... .....                     MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? .....                     Azərbaycana qarşı qərəz: .....                     “Ukrayna müharibəsi ikinci plana keçib” .....                     Gürcüstan Rusiya ilə barışır? .....                     Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir .....                     “Traktor” “Alüminium”u əzib keçdi .....                     Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur .....                     “Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” .....                     ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər .....                     Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi .....                     444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? .....                     "Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" .....                     Azərbaycan problemlə üzləşə bilər .....                 

Türkiyə böyük dəyişikliklər astanasında - Nə dəyişir, niyə dəyişir?
Tarix: 28-01-2017, 09:11 | Çap et
Türkiyə böyük dəyişikliklər astanasında
Türkiyə prezidenti və hakim partiya fəal şəkildə konistitusiya dəyişikliyi naminə təbliğata başlayıb.

Aprel ayında Türkiyədə tarixi səsvermə keçiriləcək- insanlar konistitusiya dəyişikliyi ilə ölkədəki hakimiyyət sisteminin dəyişilməsinə razılıq verəcəklərmi?

Prezident Rəcəb Tayyip Ərdoğan parlamentin təsdiq etdiyi 18 dəyişiklikdən ibarət qanun layihəsini ratifikasiya etməyib, amma hakim partiya və elə prezidentin özü də bu layihənin təbliğatına başlayıb. Əslində bu təbliğat bir neçə ay bundan əvvəl başlayıb. Bu qanun layihəsi hakim Ak partiya və Rəcəb Tayyip Ərdoğan üçün daxili siyasətdə son illərin ən böyük sınağı olacaq. Bu yolda hansısa səhvə yol vermək olmaz.

Partiya prezidenti və Baş Nazirin səlahiyyətlərinin azaldılması

Dəyişiklik Türkiyəni “Parlament Respublikasından” “Prezident” üsuli-idarəsini çevirməyi nəzərdə tutur. 1923-cü ildə Türkiyə Respublikası elan edilən tarixdən etibarən parlament ölkədə hakimiyyətin əsas orqanı, “atatürkçü”lər üçün isə o, həm də ölkənin siyasi sisteminin əsas rəmzi hesab olunur. Bu həm qanunvericilik fəaliyyəti, həm də müdafiə sahəsindəki qərarlara da aiddir. Məhz parlament hökümətə etimad votumu qəbul edir və onun işini birbaşa nəzarətdə saxlayır, ölkədə fövqaladə vəziyyət elan etmək hüququ var.

Nəzərdə tutulan dəyişikliyə görə, prezidentin səlahiyyətləri nəzərə çarpan dərəcədə artırılacaq. O, həm hökümət, həm də hakimiyyətin yeganə rəhbəri olacaq. Baş nazirin səlahiyyətləri isə azaldılacaq. Prezident vitse-prezidenti, nazirləri, məhkəmə hakimlərini və prokurorları təyin etmək hüququna malik olacaq. Onun imzaladığı istənilən qanun parlamentin təsdiqi olmadan qüvvəyə minəcək. Amma bu qanunlar konistitusiyanın müəyyən hissəsini əhatə edə bilər və paramentin qanunverici səahiyyətləri ilə ziddiyyət təşkil etməməlidir.

Bundan başqa, dövlət başçısı ölkədə fövqaladə vəziyyət elan edə, referendum keçirilməsi, dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentə göstəriş verə bilər. Ehtiyac yaranarsa, prezident öz partiya mənsubluğunu da saxlaya bilər.

Parlament isə, öz növbəsində, hökümətin işinə yalnız apardıqları araşdırmaların nəticəsini əsaslandıraraq vitse-prezident vasitəsilə, ona edilən yazılı müraciətdən sonra həyata keçirə bilər.

Bu araşdırmalar prezidentin işinə nəzarətə də şamil edilir. Araşdırmanın aparılması üçün Türkiyə parlamentinin 3/5-ü “hə” deməlidir. Yeri gəlmişkən, Konsititusiya dəyişikliyinə əsasən, Türkiyə parlamentində deputat yeri 550-dən 660-a qaldırılır.

Daha bir dəyişiklik hərbi məhkəmələrə aiddir. Onların da səlahiyyətləri azaldılır, intizam məhkəmələri istisna olmaqla. Bununla da, hərbçilərin nizamnamənin icrasından başqa, bütün qanun pozuntularına mülki məhkəmələrdə baxılacaq.

Parlamentin və prezidentin səlahiyyət müddəti 5 il olacaq. Əgər Türkiyə vətəndaşları bu dəyişikliyin lehinə səs versə, onda həm parlament, həm də prezident seçkiləri 3 noyabr 2019-cu il tarixində baş tutmalıdır.

Sultanlıq və ya ölkənin sonrakı taleyi?

Türkiyə prezidenti, hakim partiya və konistitusiya dəyişikliyinin digər tərəfdarları düşünürlər ki, bu reformanın vaxtı artıq çoxdan yetişib. Bununla da, Türkiyənin daha da inkişaf edəcəyinə inanırlar. Qeyd olunur ki, hazırki konistitusiya dövlət çevrilişləri nəticəsində yaradılmış hökümətin varisidir, effektsiz koalisiya höküməti mövcud demokratik reallığı əks etdirmir və dövlət sistemində işləmək üçün yararsızdır.

2007-ci il xatırlanır... həmin vaxt parlament konsensusun olmamasını əsas gətirirərək prezidenti seçə bilməmişdi. Bu isə ölkənin daxili siyasətində böhrana səbəb olmuş, vaxtından əvvəl seçkilərlə nəticələnmişdi.

Dəyişiklik tərəfdarları bu halların təkrarlanmamasını istəyirlər. Bununla yanaşı onların ölkədə avtoritar rejim yaratmaq istəyi ilə bağlı ittihamlar inkar edilir. Həm Ərdoğan, həm də hakimiyyətin digər üzvləri dəfələrlə heç bir avtoritar rejimə malik olmayan digər “prezident” üsuli-idarəli respublikalara baxıb nümunə götürülməsi ilə bağlı çağırışlar ediblər. Bu iddiaları səsləndirən şəxslərin əksəriyyəti ölkənin əsas müxalifət partiyası CHP-nin üzvləridir. Onların bu ittihamına Xalqların Demokratik Partiyasının üzvləri də qoşulub. XDP-nin sədri Selin Sayek Boke parlamentdə aşkar şəkildə bəyan etdi ki, “bu dəyişiklik – Sultanlığa keçiddir”. “Bu təşəbbüs Türkiyədə demokratiyanı məhv edəcək. Bu, hazırda hakimiyyəti altında yaşadığımız bir nəfərin səlahiyyətlətini artırmaqdır.”-deyə partiya rəhbəri bəyan edib.

Müxalifət prezidentin səlahiyyətlərinin artırılmasının ölkədə ciddi nəticələr verə biləcəyindən, təhlükəsizlik, terrorizmlə mübarizə məsələlərində vəziyyətin gərginləşməsindən narahatdır. Bundan başqa, prezident ölkənin üç əsas hakimiyyət qrumuna nəzarəti öz əlinə keçirəcək. Müxalifət isə bunun demokratiya prinsiplərinə zidd olduğunu düşünür.

Ölkənin digər bir müxalifət partiyası, MHP hakim partiyaya dəstək verir. Və AKP ancaq bu yolla qanunu parlamentdən keçirə bildi. Məsələn, “Hurriyet” qəzeti yazır ki, “MHP-nin AKP-yə belə bir radikal dəyişiklikdə niyə dəstək verməsi hələ də müəmma olaraq qalır. MHP liderləri başa düşməlidirlər ki, oynadıqları oyun məhz onların mövqelərini dağıdacaq.”

Elə MHP-nin özündə yaz aylarından etibarən bu məsələylə bağlı parçalanmalar gedir. Konistitusiya dəyişikliyinin təşviqatını isə MHP özü, tək başına aparmağa qərar verib, AKP-siz.

“Hə” və “Yox” kompaniyası

AKP və Ərdoğanın qarşısında ciddi vəzifə dayanır- referendumda dəyişikliyi qəbul etdirmək. Əks halda, bu AKP-yə və elə prezidentin özünə də ciddi zərbə ola bilər. Artıq hakimiyyət nümyəndələri sosial şəbəkələr vasitəsilə təbliğata başlayıblar. Prezident özü təbliğatda şəxsən iştirak edəcəyini gizlətmir. Bunun üçün onun əlindən gələni edəcəyi də məlumdur.

Aparılan sorğular nəticəsində ciddi qənaətə gəlmək mümkün olmasa da, AKP 2015-ci il seçkilərində səslərin 49%-ni, MHP isə 12%-ni qazanmışdı. Amma MHP-yə ümid bağlamaq olmaz. Partiya sədrlərinin qərarı onu dəstəkləyənlərin qərarı olmaya da bilər.

Türkiyədə fəaliyyət göstərən araşdırma mərkəzləri insanların fikrini öyrənmək üçün sorğular aparırlar. Bu mərkəzlərdən bəziləri əhalinin 60%-nin dəyişiklərin lehinə səs verəcəyini bildirib. Bəzi mərkəzlər bu səslərin 50-50, digərləri isə çox az fərqlə əlehinə olduğu qənaətinə gəliblər.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edir ki, sorğular aparılır, amma onları şərh etmək hələ, tezdir: “ Biz görürük ki, xalq belə bir sistemi qəbul edir. Əgər bu belə olmasaydı, biz bu işlə məşğul olmazdıq.”

Konistitusiya əlehdarları isə daha bir məqama diqqəti çəkir-təbliğat və təşviqat kompaniyası Türkiyədə hakimiyyət çevrilişinə cəhd olunan vaxtdan tətbiq edilən və bu ilin 19 aprel tarixinə qədər davam edəcək fövqaladə vəziyyət rejimində aparılacaq. Müxalifət hesab edir ki, belə bir vəziyyətdə təşviqat kompaniyası ədalətsiz ola bilər. Hakimiyyət isə fövqaladə vəziyyət rejiminin ləğvi ilə bağlı heç bir açıqlama verməyib.

Son 10 ildə Türkiyanin daxili siyasi arenasında baş verən hadisələrə nəzər salsaq görəciyik ki, müxalifətin, ordunun, atatürkçülərin və anti-ərdoğançıların istəklərindən asılı olmayaraq Ərdoğan planlarının hamısını reallaşdırmağa nail olub. Hətta siyasi establişmentin yatıb yuxuda görmədiyi və 80 il yürüdülən siyasətlə daban-dabana zidd olan qərarlar cox rahatlıqla və demək olar ki, qansız həyata keçirilir. Sössüz ki, bu qərarların, daxili siyasətdə baş verən transformasiyaların, ölkə quruluşunda baş verən dəyişikliklərin Türkiyənin gələcəyi üçün müsbət və ya mənfi olacağına dair mübahisə etmək olar və hətta lazımdır. Lakin bir fakt danılmazdır ki, bu hadisələr xalqın iradəsi olmadan baş verə bilməzdi. Unutmayaq ki, əhalinin savasdız hissəsi də xalqdır və onların səsi heç də siyasi elitanın səsindən zəif çıxmır.
AzNews.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29 zamanı rayonlardan Bakıya avtomobillərin girişinə məhdudiyyətlər qoyulacaq? - AÇIQLAMA
Bu gün, 19:10
Ermənistanın hərbi büdcəsi artsa belə, Azərbaycanla savaşa... - GƏLİŞMƏ
Bu gün, 19:00
Dərmanları ucuz ala bilərik: - "Ödədiyimiz pulun bir hissəsini..."
Bu gün, 18:56
"Öz xanımı qat-qat betərini geyinir, başqasına dərs verir" - Xalq artisti
Bu gün, 18:19
Paşinyanın arvadının 134 minlik maşını qalmaqal yaratdı - FOTO
Bu gün, 18:17
Rusiya İstintaq Komitəsi Azərbaycana aktyorun qətlinin araşdırılmasında kömək təklif edib - KİV
Bu gün, 18:15
Avropada qazın qiyməti qalxır: Azərbaycanı nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 18:12
Şoyqu gözlənilmədən bu ölkəyə uçdu - Nə məsələdir?
Bu gün, 18:10
“Azərbaycan Ordusu oradan çıxıb” sualı Asryanı qəzəbləndirdi – “Deyirsiniz ki…”
Bu gün, 18:06
Ermənistandan İsrailə etiraz: - İranı müdafiə elədilər
Bu gün, 17:22
Gürcüstanda səsvermə bitib, seçki yox - Markedonov
Bu gün, 17:20
Xətai rayonunda söküntü işlərinə 1 milyondan çox pul ayrıldı - “Ramco” QSC...
Bu gün, 17:17
Xalq artistinə qəribə ad günü təbriki
Bu gün, 17:12
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş... - TƏFƏRRÜAT
Bu gün, 17:08
Qərb Gürcüstandakı nəticələri... BELƏ GÖRÜR...
Bu gün, 17:06
Tramp qalib gələrsə... - Vens NATO ilə bağlı planlarını açıqladı
Bu gün, 17:01
Qurban Qurbanovu istefaya çağıran kimlərdir? – “Onların futboldan başı çıxmır”
Bu gün, 16:59
TƏBİB həkimlərdən yardım adı ilə pul yığırmış... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:56
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
Bu gün, 16:53
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Bu gün, 16:51
Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla yeni müharibəyə əsas görmür - KİV
Bu gün, 16:49
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTO
Bu gün, 16:47
İstilik sistemləri bu hallarda daha tez işə düşə bilər - AÇIQLAMA
Bu gün, 16:42
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR
Bu gün, 16:41
"Respublikanski"dən eşidilən korrupsiya səsləri... - Gərək, KAR OLASAN Kİ...
Bu gün, 16:35
Putin müharibə üsulunu dəyişəcək - Müharibə Araşdırmaları İnstitutu
Bu gün, 16:32
ADAU-da əczaçılıq-məczaçılıq... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:27
MTK-lar kommunal haqqını istədiyi kimi artıra bilərmi? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:19
Azərbaycana qarşı qərəz: - “Bu qətnamələrin heç bir nəticəsi olmayacaq”
Bu gün, 16:17
“Ukrayna müharibəsi ikinci plana keçib” - Borrel
Bu gün, 16:15
Gürcüstan Rusiya ilə barışır? – 16 il sonra tarixi gediş
Bu gün, 16:14
Tək çıxış yolu iki dövlət arasında sərhədlərin dəqiqləşdirilməsidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:06
“Traktor” “Alüminium”u əzib keçdi
Bu gün, 16:04
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur - İLGİNC...
Bu gün, 16:02
“Səs salmağa ehtiyac yoxdur, normadan artıq olan sudur” – Siyavuş Novruzov
Bu gün, 16:00
ABŞ-də milyarderlər Trampı dəstəkləyirlər – FT
Bu gün, 15:55
Erməni deputat Paşinyanın silahdaşını ittiham etdi
Bu gün, 15:52
444 minə "Xankəndi Zəfər Muzeyi"nin layihəsini hazırlayan Laura Conti kimdir? - TƏFƏRRÜAT
Bu gün, 15:33
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
Bu gün, 15:31
Azərbaycan problemlə üzləşə bilər - Ermənistana təzyiqlər artacaq
Bu gün, 15:30
Gürcüstanda NƏ BAŞ VER(İR)Dİ
Bu gün, 15:26
Azərbaycanda 100 manat sərmayə ilə yeni lizinq şirkəti yaradılıb
Bu gün, 15:23
İrana hücumda onlar da iştirak ediblər - İNCƏLƏMƏ
Bu gün, 15:13
Paşinyanın yeni ədliyyə naziri bəlli oldu - KİV
Bu gün, 15:09
Yeraltı nəqliyyatda niyə hər gün "tıxaca düşürük"? - AKTUAL
Bu gün, 15:05
Sosial problemlərdən yorulan vətəndaş xaricə "axır"... - Ölkəyə pul göndərənlər də azaldıqca azalır
Bu gün, 14:02
Tarixi seçki və nəticə: nə iqtidar, nə də müxalifət istəyinə çatdı - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Bu qətnamə Azərbaycana qarşı açıq- aşkar düşmənçilikdir” - İqor Korotçenko
Bu gün, 13:56
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru