“Bitkoindən çirkli pulların yuyulmasında istifadə oluna bilər” - FED rəhbəri
Tarix: 14-12-2017, 08:23 |
Çap et
Bitkoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o çirkli pulların yuyulmasında istifadə oluna bilər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) başçısı Canet Yellen bəyan edib.
"Hazırda beynəlxalq hesablaşmalarda bitkoin cüzi yer tutur. Həmçinin bitkoin qanunvericiliklə tənzimlənməyən qeyri-sabit mənfəət mənbəyi kimi səciyyələndirilir. Federal Ehtiyatlar Sistemi bitcoinlə bağlı hər hansı tənzimləyici rol oynamaq fikrində deyil”, deyə C.Yellen bildirib.
C.Yellen həmçinin banklara qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinə qarşı çıxmağın vacibliyini xatırladaraq bəyan edib ki, çirkli pulların yuyulmasında bitkoindən də istifadə oluna bilər.