Trampın qızını və kürəkənini məhkəməyə verdilər
Tarix: 18-12-2017, 10:10 |
Çap et
Vaşinqtondan olan vəkil ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampı və onun həyat yoldaşı Cared Kuşneri məhkəməyə verib.
Trend-in məlumatına görə, vəkil cütlüyü gəlirlərinin bir hissəsini gizlətməkdə ittiham edir.
İddiaya əsasən, D.Trampın müşaviri olan C.Kuşner və İ.Tramp səhmlərinə sahib olduqları 30 investisiya fondunun aktivləri haqqında məlumatı bəyannamədə göstərməyiblər.
Qeyd edək ki, bundan əvvəl "New York Times" İ.Tramp və C.Kuşnerin gəlirlərinin 740 milyon dollar təşkil etdiyini yazmışdı.