Putinin seçkiqabağı proqramı hazırdır - TƏHLİL
Tarix: 21-12-2017, 10:26 | Çap et
Vladmir Putinin növbəti dəfə Rusiya prezidentliyinə namizədliyi rəsmən dekabrın 26-da irəli sürüləcək. Bu barədə Rusiya Sənaye və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bildirib. O, dekabrın 26-da Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçiriləcək təşəbbüs qrupunun iclasında Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyinin irəli sürüləcəyini söyləyib. Bu barədə qərar Putinin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı yaradılan təşəbbüs qrupunun təşkilat komitəsinin iclasında verilib. Təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya Partiyası, Ümumrusiya Xalq Cəbhəsi, "Qələbə Könüllüləri”, Rusiya İctimai Palatası dəstəkləyir. Qeyd edək ki, Vladimir Putin deyib ki, namizədliyini fərdi qaydada irəli sürəcək, "Vahid Rusiya” partiyasının xətti ilə yox. Putin seçkiqabağı proqramının hazır olduğunu da vurğulayıb. Amma sənədin təqdimatı üçün vaxtın yetişmədiyini bildirib: "Mən, ölkənin inkişafına baxışlarımı bölüşən və mənə etibar edən siyasi qüvvələrin və vətəndaşların geniş dəstəyinə ümid edirəm”. Rusiyada prezident seçkilərində iştirak etmək üçün namizədliyini fərdi qaydada irəli sürən şəxs azı 300 min tərəfdarının imzasını toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Bununla yanaşı, həmin namizədi dəstəkləyən və ən azı 500 nəfərdən ibarət təşəbbüs qrupu formalaşdırılmalıdır.
Beləliklə, sürpriz baş vermədi və Rusiya prezidenti 2024-cü ilə kimi prezident postunda qalacağını təsdiqlədi. Hazırda dünya mediası Rusiya prezidentinin gələcək strategiyasının nədən ibarət olacağı üzərində ehtimallar qurur, bu siyasətin əvvəlki dövrlərdən nə ilə fərqlənəcəyi ilə bağlı proqnozlar verir. Prezident də ilk açıqlamasında bildirib ki, dövlətçiliyin, sabitliyin və cəmiyyətdə birliyin qorunub saxlanılması prioritet kimi saxlanılacaq. Əlavə edib ki, ölkə yoxsulluq həddini aşmayıb, cəmiyyətdə hələ də yüksək həddə olan bərabərsizlik aradan qalxmayıb. Rusiya Statistika İdarəsi ötən gün təsdiq edib ki, hökumət əhalinin real gəlirlərinin aşağı düşdüyünü qarşısını ala bilməyib. Bununla yanaşı, artıq dövlət başçısının seçkiqabağı proqramının əsas tezisləri də hazırdır. Tezisin əsas müddəaları infrastrukturun inkişafı, səhiyyə, təhsil, yüksək texnologiyalar, əmək qabiliyyətinin artırılması və əhalinin gəlirlərinin çoxalmasıdır. Prezident onu da bildirib ki, Rusiyanı dünyanın intellektual ölkələri sırasına çıxarmağın vaxtı çatıb. Amma Rusiya mediası, ekspertlər bu ideyanın mümkünsüz olduğunu düşünürlər. Onların gəldiyi qənaət budur ki, prezident heç özü də nəyin hesabına liderliyə çatmağın yolunu bilmir. Büdcə kəsiri, ölkədə sosial problemlərin kəskin həddə çatması, neft və qazdan asılılıq güclü olaraq qalır. Vətəndaşlar köklü dəyişikliklər tələb edir. Əhalinin gəlirləri kəskin şəkildə azalır, təhsil, tibb və səhiyyə sahəsində islahatlar insanları qane etmir. Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, beş il ərzində sabitlik tərəfdarlarının sayı 70 faizdən 51-ə düşüb. Bir çoxları başa düşür ki, indiki sabitlik sünidir və böhran onu dərhal poza bilər.
Ən önəmli məsələlərdən biri də Rusiyanın xarici siyasət prioritetləri ilə bağlıdır. Hazırda əsas diqqət Rusiya-Qərb münasibətlərinin necə olacağıdır. Məsələn, "Levada” Mərkəzinin keçirdiyi sorğu zamanı respondentlərə "Rusiya ABŞ və Qərbin digər ölkələri ilə münasibətlər qurmalıdırmı” sualı verilib. Sorğuda iştirak edənlərin 24 faizi "bəli” cavabı verib. Halbuki, 2014-cü ildə bu rəqəm 13 idi. Yəni artıq əhali arasında özünütəcrid siyasətini dəstəkləyənlərin sayı azalmaqdadır. Ekspertlər hesab edirlər ki, prezidentin xaricdən kömək almamaq barədə çağırışını ciddi qəbul etməmək gərəkdir. Məsələn, Almaniyanın "Deutschlandfunk” nəşrinə müsahibəsində Sankt-Qallen Universitetinin professoru Ulrix Şmidt bildirib ki, prezident olmaq istəyənlərin sayı 23-ə çatsa da, artıq indidən Putinin qalibi olduğunu söyləmək olar. "Bəs gərəsən, Putinin bu qədər əhali arasında rəğbət qazanmasının, ona rəqibin ortaya çıxmamasının səbəbi nədir” sualına ekspert orijinal cavab verib. O, bunu Rusiyada funksiyalaşmış partiya sisteminin mövcud olmaması ilə əlaqələndirib: "Məsələn, Rusiyada Liberal-Demokratik Partiya var. Lakin bu partiyanın liberal sözündən xəbəri yoxdur, bu partiya sağ-millətçi siyasətçilərin partiyasıdır”. Ekspert Rusiya prezidentinin 2014-cü ildən bəri reytinqinin başgicəlləndirici sürətlə artığını təsdiq edir. "Lakin paradoksal olan odur ki, əhali hökumətin fəaliyyətindən narazıdır. Yəni əhali prezidenti qüdrətli sayır, hökuməti isə işinin öhdəsindən gələ bilməməkdə ittiham edir. Axı prezident istəsə, bu hökuməti dərhal buraxar. Ümumiyyətlə, belə hal Rusiyada əsrlər boyu hökm sürür. Rəhbər yaxşıdır, ətrafı isə pis. İndiki prezident də bundan məharətlə yararlanır. Yəni problem ortaya çıxanda, günahı kiminsə üstünə yıxmaq mümkün olsun”.
Norveçin "ABC Nyheter” nəşrində dərc edilən məqalədə isə yazılır ki, prezident seçkilərinin nəticələri artıq bəllidir. "Bu gün Putini əhalinin 70-80 faizi dəstəkləyir, Nə parlamentdə, nə parlamentdənkənar heç kim ona rəqib olmaq iqtidarında deyil. Əsas intriqa nə qədər insanın seçkilərə qatılacağıdır. Yəni seçkilərin nəticələrinin bəlli olacağı səbəbindən, bir çoxları, hətta Putinin tərəfdarları səsverməyə getməyə bilərlər. Analoji hal 2013-cü il Moskvada keçirilən mer seçkilərində yaşanmışdı. O zaman əksəriyyət Sergey Sobyaninin mer seçiləcəyini bildiyindən, seçkilərə getməmişdi. Nəticədə, müxalif namizəd Aleksey Navalnı 27 faiz səs toplamağa müvəffəq olmuşdu. Nəticədə hazırkı mer ikinci turdan canını güclə (51 faiz) qurtara bildi”. Ən maraqlı yanaşmanı isə "Le Monde” yazıb. Qəzet yazır ki, Rusiyada seçkilər martın 18-nə təyin edilib. Həmin tarix isə Krımın işğalı günüdür. Bu isə o anlama gəlir ki, Putinin siyasətində hər hansı bir dəyişiklik baş verməyəcək – Krımın və Ukraynanın digər vilayətlərinin işğalı, Abxaziya və Cənubi Osetiya siyasəti əvvəlki kimi qalacaq. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan nazir namizədini açıqladı
Bu gün, 01:48 |
|
|
|
• Azərbaycanın güləş millisi dünya çempionatında birinci yeri tutub
Bu gün, 01:45 |
|
|
|
• Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar? - İNCƏLƏMƏ
Bu gün, 00:43 |
|
|
|
• Ukrayna müharibəsində yeni faza... - Şimali Koreya əsgərləri savaşı dərinləşdirir
Bu gün, 00:40 |
|
|
|
• "Bunların heç birinə kişilər dözməzdi"
Bu gün, 00:37 |
|
|
|
• Şəmkirdə yolların təmiri 1,3 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Ərdoğan BƏYAN ETDİ: - Türkiyə Bakını qoruyan sistemin bənzərini yaradır
Bu gün, 00:00 |
|
|
|
• Öcalan Baxçalının çağırışına cavab verdi: - İki şərt irəli sürdü...
Dünən, 23:58 |
|
|
|
• "Tunellərdə baş verən təbii fəlakət yox, məsuliyyətsizlikdən doğan fəlakətdir...” - Keçmiş icraçı direktor detalları açıqladı...
Dünən, 23:56 |
|
|
|
• Bakıda erməni başqasının əmlakını taladı - TƏFƏRRÜAT
Dünən, 23:54 |
|
|
|
• “Azərişıq” ASC Salyan filialının rəisi işdən azad edilib - ƏMR
Dünən, 23:51 |
|
|
|
• Deputatdan Avropa Parlamentinə ETİRAZ
Dünən, 19:02 |
|
|
|
• "Yağışdan çıxıb, yağmura düşdük": - Bunun adı məmur özbaşınalığı...
Dünən, 19:00 |
|
|
|
• Dollar bu tarixdə bahalaşacaq - AÇIQLAMA
Dünən, 18:56 |
|
|
|
• Kiber zərərvericilər şəxsi məlumatlarla necə şantaj etməyə çalışırlar - "Keçən yay nə etdiyinizi bilirəm"...
Dünən, 18:18 |
|
|
|
• Generalın iddiası rədd edildi - DETALLAR
Dünən, 18:16 |
|
|
|
• Bir seçki, üç ssenari: ABŞ-da qutudan kim çıxacaq? - Ən dəqiq iqtisadçının PROQNOZU
Dünən, 18:15 |
|
|
|
• Azyaşlı qıza əxlaqsızlıq edən 3 gənc TUTULDU - Türkanda BİABIRÇILIQ
Dünən, 18:11 |
|
|
|
• Yumurtanın qiyməti niyə bahalaşdı? - SƏBƏB
Dünən, 18:10 |
|
|
|
• Qonşumuzda kütləvi qiymət artımı gözlənilir
Dünən, 18:04 |
|
|
|
• Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? - AÇIQLAMA
Dünən, 18:00 |
|
|
|
• Lala Şövkət ürək əməliyyatı keçirib? - Oğlu açıqladı
Dünən, 17:59 |
|
|
|
• Məmurların ÇİRKLİ PUL CAMAŞIRXANASI... - Milyonlar belə XIRID EDİLİR...
Dünən, 17:54 |
|
|
|
• Həkimin burnuna yumurq vurdu... - Məhkəmə qərar verdi
Dünən, 17:49 |
|
|
|
• Ermənistan Prezidenti COP16-da iştirak edəcək
Dünən, 17:47 |
|
|
|
• Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Dünən, 17:39 |
|
|
|
• Saleh Məmmədovun keçmiş müşavirinin şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Daha bir şəhər itirilib: ruslar Selidovoda bayraq qaldırıb - FOTO
Dünən, 17:36 |
|
|
|
• Qərbin gürcülərə sırımaq istədiyi GÖZƏLLİK də deyil... - ZORƏN... NƏ?
Dünən, 17:33 |
|
|
|
• “Zəhər”ə çevrilən HƏYAT MƏNBƏYİ: 20 litrlik suları Kürdən doldururlar? - AXI NİYƏ?..
Dünən, 17:30 |
|
|
|
• “3+3” platforması: Ərdoğanın mesajı özünü doğruldacaq? - İNCƏLƏMƏ
Dünən, 17:29 |
|
|
|
• Ailəsinin 5 üzvünü öldürən Əhməd azadlığa buraxıla bilər - ŞOK AÇIQLAMA
Dünən, 17:24 |
|
|
|
• “Arif Babayev gəlib dedi ki, Suğra, sən məni biabır etdin” - Aktrisadan illər sonra ETİRAF
Dünən, 17:22 |
|
|
|
• "İran peçləri"ndəki təhlükə: - “Küləkli havalarda...”
Dünən, 17:16 |
|
|
|
• Hacı Şahinin məzarı ziyarətgaha çevrilir? - Ailəsindən REAKSİYA
Dünən, 17:14 |
|
|
|
• Müəllimlərin şagirdləri sinifdə qoyub, məktəbi tərk etmələri düzgün deyil - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Qərb Cənubi Qafqazda ilk “savaş”ına başlayır – Onu lider seçdilər
Dünən, 17:08 |
|
|
|
• Əməkdar artist Nanənin prodüserini hədələdi: - "And içmişəm ki..."
Dünən, 17:07 |
|
|
|
• Talıbovlara bağlı daha bir şirkət ləğv olunur - DETALLAR
Dünən, 17:05 |
|
|
|
• Xalq artistinə ağır itki
Dünən, 17:00 |
|
|
|
• Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA
Dünən, 16:59 |
|
|
|
• ARDNF Səudiyyə Ərəbistanına investisiya yatırılması imkanlarını araşdıracaq
Dünən, 16:49 |
|
|
|
• Zurabişvili saxtakarlığı ermənilərlə müqayisə etdi - “Bizdə buna belə deyirlər”
Dünən, 15:57 |
|
|
|
• Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və ifadə vermək istəməyib - TƏFƏRRÜAT
Dünən, 15:55 |
|
|
|
• Yumurtanın qiymətinin artmasının bir neçə səbəbi var - İqtisadçı
Dünən, 15:52 |
|
|
|
• Zurabişvili: Seçkidə “erməni karuseli” işləyib - “Asoşeyted Press”
Dünən, 15:49 |
|
|
|
• Gürcüstan bu gün: şərtlər, tələblər, gözləntilər - BİZƏ NƏ?
Dünən, 15:47 |
|
|
|
• Bu universitet üçün daha bir korpusun inşasına başlanılır
Dünən, 15:45 |
|
|
|
• Bakıda 100 min manat sərmayə ilə daha bir şirkət - TƏSİS EDİLİB
Dünən, 15:35 |
|
|
|
• “MSK rəhbərliyi ölkədə bələdiyyələrin olduğunu yaddan çıxarıb” – Allahverdi Aydın
Dünən, 15:32 |
|
|
|
|