ABŞ Dövlət Departamenti Türkiyə vətəndaşlarına viza verilməsini bərpa edib.
SalamNews-un məlumatına görə, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.
"Türkiyədə təhlükəsizlik sahəsində vəziyyət kifayət qədər yaxşılaşıb ki, bu da ölkədə viza xidmətlərinin göstərilməsini təmin edir", deyə bəyanatda qeyd edilir.