ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarının xarakteri dəyişəcək
Tarix: 30-12-2017, 08:48 |
Çap et
ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı keçirdiyi hərbi kampaniyasının xarakterində gələn il dəyişikliklər baş verəcək.
Trend-in məlumatına görə, bunu Pentaqon yanında akreditə olunmuş jurnalistlərlə görüşü zamanı müdafiə naziri Ceyms Mettis ABŞ-ın başçılıq etdiyi koalisiyanın İraqda və Suriyada İŞİD-ə qarşı əməliyyatlarının gedişini şərh edərkən bildirib.
C.Mettis ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatının xarakterinin məhz hansı şəkildə dayişəcəyini dəqiqləşdirməyib.