Gürcüstan bu il Rusiyadan qaz almayacaq
Tarix: 4-01-2018, 11:42 |
Çap et
Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almayacaq.
SalamNews “Qruziya onlyna” istinadən xəbər verir ki, Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili növbəti il üçün təbii qaz balansını təsdiq edib.
Belə ki, ölkəyə proqnozlaşdırılan qaz tədarükü 2,689 milyard kubmetr təşkil edəcək.
Gürcüstan bu həcmin 99,65%-ni Azərbaycandan, o cümlədən onun 1,866 mlrd. kubmetrini SOCAR-dan, 813 milyon kubmetrini isə "Şahdəniz" yatağından alacaq. Yerdə qalan 0,35% (9,41 mln. kubmetr) yerli hasilat hesabına ödəniləcək.
Xatırladaq ki, "Qazprom"la əldə edilən razılığa görə, Rusiya Ermənistana tədarük etdiyi qazın tranzitinə görə, Gürcüstana vergini təbii qaz qismində ödəyir. Belə ki, sənəd 2018-ci ilin sonunadək qüvvədədir.