Rusiyalı iş adamları Maltadan kütləvi vətəndaşlıq alır
Tarix: 10-01-2018, 10:11 |
Çap et
Rusiyalı binesmenlər kütləvi surətdə Malta vətəndaşlığını əldə ediblər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Malta hökumətinin rəsmi qəzeti məlumat verib.
Bildirilir ki, 730 nəfərdən artıq Rusiya vətəndaşı olan biznesmesnlər "İnvestisiya müqabilində vətəndaşlıq" proqramından istifadə edərək Avropa Birliyi ölkəsinin vətəndaşlığını alıblar.
Malta vətəndaşlığını alanlar arasında "Yandeks"in təsisçisi və sahibi Arkadi Voloj, "ICT Holding"in təsisçisi Aleksandr Nesis və "O1 Group"un sahibi Boris Mints də var.
Bu şəxslər "Forbes" jurnalının 2017-ci ildə 100 ən zəngin iş adamlarının siyahısında daxil olan biznesmenlərdir.
"İnvestisiya müqabilində vətəndaşlıq" proqramına əsasən, Malta vətəndaşlığını almaq istəyən şəxslər ən azı 880 min avro investisiya yatırmalıdır.