"Kəşfiyyat xidməti bu insanları izləyir"
Tarix: 11-01-2018, 09:30 |
Çap et
Kanadanın baş naziri Castin Trudo bəyan edib ki, Yaxın Şərqdən ölkəsinə 60 İŞİD terrorçusu qayıdıb. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə "CBC" məlumat yayıb.
O, əlavə edib ki, kəşfiyyat xidməti bu insanları izləyir və kanadalılar özünü təhlükəsiz hiss edə bilərlər.
Castin Trudo həmçinin bildirib ki, kəşfiyyat xidmətində İŞİD və digər terror təşkilatlarına üzv 180 kanadalı barəsində də məlumat var.