Putin və Ərdoğan Suriyadakı vəziyyəti müzakirə edib
Tarix: 12-01-2018, 10:24 |
Çap et
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. SalamNews TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Putin bildirib ki, telefon danışığı zamanı əsasən Suriyadakı vəziyyət müzakirə edilib.
"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığımız oldu. Suriyadakı vəziyyəti müzakirə etdik. İdlibdə baş verənləri, Suriyadakı hərbi bazalarımıza dronlarla hücumu müzakirə etdik", - deyə V. Putin bildirib.
Məlumata əsasən, dövlət başçıları Astanada Suriya böhranı ilə bağlı danışıqlara hazırlıq üzrə birgə səyləri də müzakirə ediblər.